Перейти к содержимому
GoJob

SƏTƏM üzrə Mütəxəssis

Azeco Clean MMCВакансия специалиста по охране труда в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
4 ноября 2026 г.
Приём заявок до
4 декабря 2026 г.

Вакансии в категории «Инженерия и техника» в городе Баку

О вакансии

Azeco Clean MMC ищет специалиста по охране труда в Баку. Полная занятость. Отклик напрямую работодателю.

Namizədə dair tələblər:

  • Ali təhsil (texniki, mühəndislik, əməyin mühafizəsi və digər müvafiq ixtisaslar üzrə təhsilə üstünlük verilir);
  • SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə normativ tələblərini bilmək;
  • ISO 45001 və ISO 14001 standartları haqqında biliklərə malik olmaq;
  • Təhlükələrin müəyyən edilməsi və risklərin qiymətləndirilməsi üzrə praktiki biliklər;
  • SƏTƏM üzrə giriş, ilkin və dövri təlimatların təşkili və keçirilməsi bacarığı;
  • Risk qiymətləndirməsi, Method Statement, yoxlama aktları və digər SƏTƏM sənədlərini hazırlamaq bacarığı;
  • Fərdi mühafizə vasitələrinin düzgün seçilməsi, istifadəsi və tətbiqinə nəzarət bacarığı;
  • Kimyəvi maddələrlə təhlükəsiz iş, SDS və GHS işarələnməsi haqqında biliklər;
  • Yanğın təhlükəsizliyi, fövqəladə hallara hazırlıq və ilkin yardım üzrə əsas biliklər;
  • Microsoft Office proqramlarında sərbəst işləmək;

Vəzifə öhdəlikləri:

  • Şirkətdə əməyin mühafizəsi, sağlamlıq, təhlükəsizlik və ətraf mühit üzrə idarəetmə sisteminin tətbiqini, risk qiymətləndirmələrinin aparılmasını, təhlükəsizlik prosedurlarının hazırlanmasını və qanunvericiliyin tələblərinə əməl olunmasında SƏTƏM şöbə rəhbərinə dəstək olmaq
  • Obyektlərdə planlı və plandankənar bir başa rəhbəri ilə SƏTƏM yoxlamaları keçirir, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə tədbirləri əlaqələndirir, işçilər üçün təhlükəsizlik təlimləri təşkil edir və təhlükəsizlik mədəniyyətinin inkişafını təmin edir.
  • SƏTƏM üzrə tələb olunan sənədlərin, hesabatların və qeydiyyatların hazırlanmasını, dövlət qurumları və sifarişçilər üçün məlumatların təqdim edilməsini, audit və yoxlamalara hazırlıq işlərini təşkil edir, layihə üzrə aylıq hesabatı hazırlayaraq şöbə rəhbərinə təhvil verir.
  • Tullantıların idarə olunmasına, ekoloji tələblərə riayət edilməsinə, ətraf mühitə təsirlərin qiymətləndirilməsinə və ekoloji risklərin azaldılması üzrə tədbirlərin həyata keçirilməsinə nəzarət edir.
  • Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları icra etmək.

İş barədə məlumat:

  • Əməkhaqqı məbləği: Müsahibə əsasında;
  • Korporativ nömrə ilə təminat;
  • İş qrafiki:  5 gün (Həftəlik iş saatı 40 saatdan çox olmamaqla)
  • İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu

Tələblərə cavab verdiyiniz halda CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “SƏTƏM üzrə Mütəxəssis” qeyd edilməlidir.

Похожие вакансии