Smeta mühəndisi (Tikinti / İnşaat sahəsi)
Real İnşaat MMCВакансия сметчика в Баку
Зарплата: от 2 500 ₼ / мес.
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 18 ноября 2026 г.
- Просмотры
- 719
- Отклики
- 53
- Приём заявок до
- 18 декабря 2026 г.
- Категория
- Строительство и недвижимость
Вакансии в категории «Строительство и недвижимость» в городе Баку
О вакансии
Real İnşaat MMC ищет сметчика в Баку. Полная занятость, зарплата 2 500 AZN. Отклик напрямую работодателю.
İş şəraiti
- Əmək haqqı: 2500 – 3000 AZN (Namizədin bilik və təcrübəsinə əsasən müəyyən edilir)
- İş qrafiki: Tam iş günü
Vəzifə öhdəlikləri:
- Layihə sənədləri və cizgilər əsasında iş həcmləri cədvəllərinin (BOQ) dəqiq hesablanması və tərtib edilməsi;
- Tikinti-quraşdırma işləri üzrə smeta sənədlərinin (forma 2, forma 3, resurs metodu və s.) hazırlanması və yoxlanılması;
- Tender sənədlərinin texniki və maliyyə hissələrinin smeta baxımından analiz edilməsi;
- Podratçı və təchizatçı təkliflərinin qiymətləndirilməsi, bazar qiymətlərinin araşdırılması və xərclərə nəzarət;
- Layihə dəyişiklikləri zamanı əlavə iş həcmlərinin və smeta fərqlərinin vaxtında sənədləşdirilməsi.
Namizədə dair mütləq tələblər:
- Yaş həddi: 30 – 35 yaş
- Ali təhsil (İnşaat mühəndisliyi və ya əlaqəli texniki sahə üzrə);
- Tikinti sektorunda smeta mühəndisi kimi minimum 3–5 il real iş təcrübəsi;
- İş həcmləri cədvəlini və smetanı sıfırdan, sərbəst şəkildə hazırlamaq bacarığı;
- AutoCAD və MS Excel (yüksək səviyyədə, mürəkkəb cədvəl və funksiyalarla işləmə) proqramlarını mükəmməl bilmək;
- Tikinti norma və qaydalarını (AzDTN, SNiP) bilmək;
- İşində son dərəcə dəqiq, məsuliyyətli, çalışqan və tələbkar olmaq;
- Gərgin iş rejimində və son tarixlərlə (deadline) işləmək bacarığı.
Ünvan - Ofis / Svetlana Məmmədova 203c
Müraciət qaydası (Vacib qeyd):
- Yalnız yuxarıda qeyd olunan tələblərə tam cavab verən, tikinti sahəsində real təcrübəsi olan ciddi namizədlərin müraciət etməsi xahiş olunur. Tələblərə uyğun gəlməyən CV-lərə baxılmayacaq.
Əlaqə 0512059867
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.