SMM Menecer / Foto-Video Kontent Mütəxəssisi Assistent
Titan GroupВакансия SMM-менеджера в Баку
Зарплата: от 450 ₼ / мес.
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 11 ноября 2026 г.
- Приём заявок до
- 11 декабря 2026 г.
- Категория
- Маркетинг и PR
О вакансии
Titan Group ищет SMM-менеджера в Баку. Полная занятость, зарплата 450 AZN. Отклик напрямую работодателю.
Titan Group komandası sosial media idarəçiliyi və foto-video kontent hazırlanması sahəsində çalışmaq istəyən, kreativ, təşəbbüskar və öyrənməyə həvəsli namizədləri işə dəvət edir. Namizəd şirkətin sosial media hesablarının idarə olunması, foto-video çəkilişlərin təşkili və kontentlərin hazırlanması prosesində SMM menecerinə dəstək göstərəcək. İş prosesi zamanı sosial media platformaları üçün kreativ və keyfiyyətli kontentlərin hazırlanmasında iştirak edəcək.
Əsas vəzifə və öhdəliklər:
- Şirkətin sosial media hesabları üçün gündəlik kontentlərin hazırlanmasına dəstək göstərmək;
- Peşəkar Canon kamera vasitəsilə məhsul və şirkət çəkilişlərində iştirak etmək;
- Foto və video çəkilişlərinin təşkilində və həyata keçirilməsində iştirak etmək;
- Instagram Reels, TikTok və digər sosial media platformaları üçün video kontentlər hazırlamaq;
- Çəkilmiş foto və videoların ilkin montajını və redaktəsini həyata keçirmək;
- Sosial media üçün kreativ kontent ideyaları təklif etmək;
- Sosial media trendlərini izləmək və uyğun formatları tətbiq etmək;
- Kontent planının hazırlanması və icrasında SMM menecerinə kömək etmək;
- Sosial media paylaşımlarının hazırlanması və vaxtında yerləşdirilməsində iştirak etmək;
- Kontentlərin vizual keyfiyyətinə və ümumi estetik görünüşünə diqqət yetirmək.
Namizədə dair tələblər:
- SMM və foto-video kontent sahəsinə maraq;
- Foto və video çəkilişlərinə həvəs;
- Peşəkar kamera ilə işləmək bacarığı və ya bu sahədə inkişaf etmək istəyi;
- CapCut, Adobe Premiere Pro və ya digər video montaj proqramlarından istifadə bacarığı;
- Instagram və TikTok platformalarını yaxşı tanımaq;
- Kreativ düşüncə və estetik baxış;
- Məsuliyyətli, diqqətli və təşəbbüskar olmaq;
- Öyrənməyə və yeni biliklər əldə etməyə həvəsli olmaq;
- Komanda ilə işləmək bacarığı.
İş şərtləri:
- Əmək haqqı: 450 AZN;
- Peşəkar Canon kamera ilə işləmək və real çəkiliş təcrübəsi əldə etmək imkanı;
- SMM və foto-video kontent sahəsində praktiki bilik və bacarıqların inkişaf etdirilməsi;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
- Nahar: Şirkət tərəfindən təmin olunur;
- Servis: Yeni Suraxanı dairəsi və Binə qəsəbəsindən mövcuddur.
İş qrafiki və ünvan:
- İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00;
- İş ünvanı: Binə qəsəbəsi.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından istifadə edilməsi xahiş olunur: “SMM Menecer / Foto-Video Kontent Mütəxəssisi Assistent”