Перейти к содержимому
GoJob

Metrologiya üzrə Təcrübəçi

METAKВакансия стажёра в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Стажировка
Опубликовано
13 октября 2026 г.
Приём заявок до
12 ноября 2026 г.
Категория
Инженерия

Вакансии в категории «Инженерия» в городе Баку

О вакансии

METAK ищет стажёра в Баку. Стажировка. Отклик напрямую работодателю.

İşin təsviri

  • Ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi, attestasiyası və texniki vəziyyətinə nəzarət;
  • Ölçmə vasitələrinin uçotunu aparmaq, yoxlama və kalibrləmə müddətlərini izləmək, müvafiq qrafikləri hazırlamaq və yeniləmək;
  • Yeni alınan ölçmə vasitələrinin və digər avadanlıqların texniki qəbulunda və giriş nəzarətində iştirak etmək;
  • Tərəzilərin planlı və plandankənar texniki xidmətlərinin təşkili prosesində iştirak etmək;
  • Məhsullar üzrə uyğunluq sertifikatlarının alınması üçün tələb olunan sənədlərin və müraciətlərin hazırlanmasına dəstək göstərmək;
  • Metrologiya sahəsi üzrə dövlət, sənaye və müəssisə standartlarının, eləcə də normativ-texniki sənədlərin tələblərinə əməl olunmasına dəstək göstərmək;
  • Ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi və texniki xidməti ilə bağlı sənədləşmə işlərini aparmaq və müvafiq qeydləri yeniləmək.

Tələblər

  • Metrologiya, ölçmə və nəzarət cihazları, mexanika, elektrik-elektronika, avtomatika, maşınqayırma və ya digər uyğun texniki ixtisaslar üzrə bakalavr təhsili;
  • 0–6 ay iş təcrübəsi; müvafiq sahədə ilkin bilik və təcrübənin olması üstünlükdür;
  • Azərbaycan dilində sərbəst ünsiyyət, Rus və ingilis dillərini bilmək üstünlükdür;
  • Metrologiya və ölçmə vasitələri haqqında ilkin biliklər;
  • Ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi prinsipləri barədə ilkin anlayış;
  • Texniki sənədlərlə işləmək və sənədləşmə aparmaq bacarığı;
  • MS Office proqramlarından və ERP sistemlərindən istifadə bacarığı.

İş şərtləri

  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Rəqabətli əmək haqqı və illik bonus;
  • Əmək haqqı razılıq əsasında təyin olunur;
  • Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
  • Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
  • Nahar şirkət tərəfindən verilir;
  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Похожие вакансии