API standartları üzrə əl torna dəzgahı operatoru
Pioneer EngineeringВакансия токаря в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 12 октября 2026 г.
- Приём заявок до
- 11 ноября 2026 г.
- Категория
- Промышленность и сельское хозяйство
О вакансии
Pioneer Engineering ищет токаря в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Vəzifə öhdəlikləri
- Əl torna dəzgahlarını və əlaqəli dəzgahxana avadanlıqlarını dəqiq mexaniki emal və yiv açma əməliyyatlarını yerinə yetirmək üçün idarə etmək.
- Qoruyucu boruların (casing), istismar borularının (tubing), qazma borularının (drill pipe), muftaların və neft-qaz sənayesində istifadə olunan digər boru tipli komponentlərin API standartlarına uyğun birləşmələrini emal etmək və yenidən emal etmək.
- Yiv açma əməliyyatlarını müvafiq API spesifikasiyalarına, təsdiq edilmiş prosedurlara, çertyojlara və müştəri tələblərinə uyğun həyata keçirmək.
- İşin əhatə dairəsinə uyğun olaraq birləşmələrin təmiri, yivlərin yenidən açılması, birləşmə səthlərinin yenidən emalı, faskaların açılması və digər mexaniki emal işlərini yerinə yetirmək.
- Detalları müəyyən edilmiş ölçülərə, yol verilən ölçü kənarlaşmalarına (toleranslara), yiv profillərinə və səth keyfiyyəti tələblərinə uyğun emal etmək.
- Müxtəlif materiallar və birləşmə növləri üçün uyğun kəsici alətləri, dəyişdirilə bilən kəsici lövhələri, alət dəstlərini və emal parametrlərini seçmək və istifadə etmək.
- Emala başlamazdan əvvəl iş parçalarını dəzgahda etibarlı şəkildə bərkitmək və dəzgahın sazlamalarının düzgünlüyünü yoxlamaq.
- Əsas vəzifələrinə əl torna dəzgahında mexaniki emal və API standartlarına uyğun yiv açma işləri daxil olmaqla, istehsalat ehtiyacları tələb etdikdə CNC emal əməliyyatlarının yerinə yetirilməsinə dəstək göstərmək.
- Öz bilik və təcrübəsini bölüşmək, əl torna dəzgahı operatorlarına mentorluq və təlim prosesində fəal iştirak etmək.
- Vəzifənin fiziki imkanları və məhdudiyyətləri çərçivəsində rəhbər tərəfindən tapşırılan digər müxtəlif vəzifələri yerinə yetirmək.
Səriştə tələbləri:
- Machinist (Torna dəzgahı operatoru / Maşinist) ixtisası üzrə orta məktəb attestatı, diplom və ya sənaye təlimi institutunun sertifikatları
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.