Kamera quraşdırılması üzrə usta
FAB Boya və Kimya Sənayesi MMCВакансия мастера в Баку
Зарплата: от 800 ₼ / мес.
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 28 октября 2026 г.
- Приём заявок до
- 27 ноября 2026 г.
- Категория
- Рабочие специальности
О вакансии
FAB Boya və Kimya Sənayesi MMC ищет мастера в Баку. Полная занятость, зарплата 800 AZN. Отклик напрямую работодателю.
Əməkhaqqı: 800 AZN
Vəzifə öhdəlikləri
- CCTV, elektrik və LAN kabellərini tanımaq və təyinatına uyğun istifadə etmək;
- Analoq kameraların kabel çəkilişini və quraşdırılmasını həyata keçirmək, DVR/XVR cihazlarını sazlamaq;
- İP kameraların kabel çəkilişini və quraşdırılmasını həyata keçirmək, NVR cihazlarını sazlamaq;
- Səs sistemlərinin kabelləşdirilməsini və sazlanmasını həyata keçirmək;
- İP kameralar üçün LAN kabel başlıqlarını (RJ45/JACK) düzgün vurmaq;
- Şəbəkə sistemləri və avadanlıqları haqqında ilkin biliklərə malik olmaq;
- Kamera və təhlükəsizlik sistemlərində yaranan texniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq.
Namizədə tələblər
- Kamera və təhlükəsizlik sistemlərinin quraşdırılması sahəsində praktiki bilik və bacarıqlara malik olmaq;
- Kabel çəkilişi, montaj və cihazların sazlanmasını bacarmaq;
- Sürücülük vəsiqəsinin olması;
- Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı;
- Texniki təhlükəsizlik qaydalarına riayət etmək.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində “Kamera quraşdırılması üzrə usta” qeyd olunmalıdır.