Перейти к содержимому
GoJob

Avtomobil elektronikası üzrə usta

BYD Motors Baku MMCВакансия мастера в Баку

Зарплата: Зарплата не указана

Локация
Bakı
Формат работы
В офисе
Тип занятости
Полная занятость
Опубликовано
8 октября 2026 г.
Приём заявок до
8 ноября 2026 г.
Категория
Инженерия

Вакансии в категории «Инженерия» в городе Баку

О вакансии

BYD Motors Baku MMC ищет мастера в Баку. Полная занятость. Отклик напрямую работодателю.

İş sahəsi: Çin istehsalı elektrik və Plug-in Hibrid avtomobilləri

Vəzifə öhdəlikləri:

  • Avtomobillərin elektron idarəetmə sistemlərinin diaqnostikası və təmiri;
  • Elektron idarəetmə bloklarının (ECU), sensorların və aktuatorların yoxlanılması;
  • Avtomobil kommunikasiya sistemlərində yaranan nasazlıqların müəyyən edilməsi;
  • Kompüter diaqnostikası vasitəsilə xəta kodlarının oxunması, təhlili və aradan qaldırılması;
  • Multimedia, klimat-kontrol, təhlükəsizlik, parklanma və digər elektron sistemlərin diaqnostikası;
  • Elektron komponentlərdə yaranan nasazlıqların səbəblərinin müəyyənləşdirilməsi;
  • Elektron idarəetmə sistemlərinin texniki vəziyyətinin qiymətləndirilməsi;
  • Təmir və diaqnostika işlərinin istehsalçı standartlarına uyğun həyata keçirilməsi.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə minimum 3 il rəsmi iş təcrübəsi;
  • Avtomobil elektronikası üzrə peşəkar bilik;
  • Müasir diaqnostika cihazları və proqram təminatları ilə işləmək bacarığı;
  • Elektron idarəetmə blokları və avtomobil sensorları üzrə bilik;
  • Elektrik sxemlərini oxumaq bacarığı;
  • Multimetr və digər ölçü cihazlarından istifadə bacarığı;
  • Texniki təlimat və servis proqramlarından istifadə bacarığı;
  • Analitik düşünmə və nasazlığın əsas səbəbini müəyyən etmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
  • Komandada işləmək bacarığı.

Üstünlük hesab olunur:

  • BYD və digər Çin avtomobil markaları ilə iş təcrübəsi;
  • Elektrik və Plug-in Hibrid avtomobillərinin servisində iş təcrübəsi;
  • Avtomobil proqram təminatı və kodlaşdırma üzrə bilik.

İş şəraiti

  • İş yeri: “BYD Motors Baku” MMC (Badamdar qəsəbəsi)
  • İş rejimi: 6 günlük iş qrafiki
  • İstirahət günü: Bazar günü
  • Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən ediləcəkdir

Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Avtomobil elektronikası üzrə usta” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır.

Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.

Другие вакансии компании BYD Motors Baku MMC

Вакансии BYD Motors Baku MMC