Virtual məhsullar üzrə mütəxəssis
Kontakt HomeVirtual məhsullar üzrə mütəxəssis — вакансия в Баку
Зарплата: Зарплата не указана
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 29 октября 2026 г.
- Приём заявок до
- 28 ноября 2026 г.
- Категория
- Продажи и торговля
О вакансии
Kontakt Home ищет сотрудника на должность «Virtual məhsullar üzrə mütəxəssis» в Баку. Полная занятость. Отклик напрямую работодателю.
Təsvir
- Sorğular əsasında təchizatçılarda virtual kateqoriyaya aid məhsulların mövcudluğunun müəyyən edilməsi və satışa cavabdeh olan instansiyalara geribildirim verilməsi;
- Məhsul sifarişi prosesinin, onun anbardan çatdırılmasının və sorğulara uyğun olaraq müştərilərə göndərilməsinin təşkil edilməsi;
- Ödəniş planın hazırlanması və maliyyə şöbəsinə hesabatların təqdim edilməsi;
- Geri qaytarılmış və ya texniki nasaz olan məhsulların təchizatçıya sənədlə geri qaytarılmasının təmin edilməsi; maliyyə əməliyyatlarının izlənməsi;
- Saytdan hər gün "mövcud deyil" statusunda olan məhsulların silinməsi;
- Həftə ərzində təchizatçılarda mövcudluğu olmayan məhsulların statusunun yenilənməsi (mövcuddursa, sayta əlavə edilməsi);
- Təchizatçı nümayəndələri ilə sıx əlaqələrin qurulması və ERP sistemi ilə saytda aparılan dəyişiklik və yeniliklərin tətbiqinin müzakirə edilməsi;
- Təchizatçılardan gündəlik və həftəlik ehtiyyat hesabatlarının qəbul edilməsi, məlumatların ERP sisteminə və sayta inteqrasiyasının dəstəklənməsi;
- Qurumlararası müzakirələr əsasında qaydaların, sxemlərin, şablonların hazırlanmasında və hesabatların tərtibində iştirak edilməsi;
- Təchizatçıların iş keyfiyyəti və ümumi konversiya haqqında gündəlik və aylıq hesabatların hazırlanması (CRM məlumatları əsasında);
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil;
- Səlis azərbaycan və rus dili biliyi;
- Satış sahəsində minimum 2 il iş təcrübəsi;
- Məhsullar üzrə biliklər;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
- Analitik düşünmə qabiliyyəti;
- Nəticə yönümlülük;
- Məsuliyyətlilik və inkişafa meyillilik;
- Komanda ilə işləmə bacarığı.
Biz nə təklif edirik?
- Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Müasir və rahat ofis şəraiti;
- Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
- Yeni bilik və bacarıqların inkişaf etdirilməsi imkanı.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.