Xarici Satınalma üzrə köməkçi
Az - Granata LLCXarici satınalma üzrə köməkçi — вакансия в Баку
Зарплата: от 600 ₼ / мес.
- Локация
- Bakı
- Формат работы
- В офисе
- Тип занятости
- Полная занятость
- Опубликовано
- 19 октября 2026 г.
- Приём заявок до
- 18 ноября 2026 г.
- Категория
- Логистика и транспорт
О вакансии
Az - Granata LLC ищет сотрудника на должность «Xarici Satınalma üzrə köməkçi» в Баку. Полная занятость, зарплата 600 AZN. Отклик напрямую работодателю.
Vəzifə öhdəlikləri
- Tədarükçülərlə və logistika şirkətləri ilə yazışmaların aparılması;
- Qiymət sorğularının (RFQ) hazırlanması və göndərilməsi;
- Tədarükçü və logistika şirkətlərdən qiymət təkliflərinin alınması, müqayisə edilməsi və sistemləşdirilməsi;
- Xaricdən gətirilən yüklərə aid sənədlərin hazırlanması və yoxlanılması;
- Sifarişlərin, qiymət təkliflərinin və yazışmaların elektron bazada arxivləşdirilməsi və izlənilməsi;
- Tədarükçülərlə və logistika şirkətləri ilə qiymət, ödəniş şərtləri və çatdırılma müddətləri üzrə ilkin danışıqların aparılması;
- Satınalma prosesi ilə bağlı sənədlərin düzgün və vaxtında hazırlanmasının təmin edilməsi;
- Sifarişlərin icra vəziyyətinin və çatdırılma müddətlərinin izlənilməsi;
- Rəhbərliyin tapşırıqlarına uyğun olaraq digər satınalma əməliyyatlarının yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dilində rəsmi yazışma və şifahi ünsiyyət bacarığı;
- İngilis dili biliyinə üstünlük verilir;
- MS Office proqramları, xüsusilə Excel, Word və Outlook proqramları ilə işləmək bacarığı;
- Diqqətlilik, məsuliyyətlilik və məlumatlarla dəqiq işləmək bacarığı;
- Ünsiyyət və təşkilatçılıq bacarıqları, komanda ilə işləmək bacarığı;
- Yeni bilikləri tez mənimsəmək və peşəkar inkişaf etmək istəyi;
- İş təcrübəsi: 0–6 ay.
Qeyd:
- Vəzifə üzrə iş təcrübəsi tələbi 0–6 ay olduğundan, iş prosesləri və vəzifə öhdəlikləri işə qəbuldan sonra əməkdaşa öyrədiləcək. Namizəddən yeni bilikləri tez mənimsəmək, öyrəndiklərini praktikada tətbiq etmək və iş proseslərinə çevik uyğunlaşmaq bacarığı gözlənilir.
İş şəraiti:
- İş qrafiki: 5 günlük iş həftəsi (şənbə və bazar günləri istirahət);
- Əmək haqqı: 500–600 AZN.
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.