Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Müraciət müddəti bitib · 7 oktyabr 2026

Oxşar vakansiyalar

Administrator

Kids Gymnastics MMC

Maaş: 800 – 1.200 ₼ / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
7 sentyabr 2026

Bakı şəhərində Ofis və İnzibati işlər üzrə iş elanları

Vakansiya haqqında

  • Stabil iş mühiti
  • Mehriban və peşəkar komanda
  • Əməkhaqqı və bonus sistemi
  • İş qrafiki və digər şərtlər müsahibə zamanı ətraflı bildiriləcək

İş yeri: Kids Gymnastics — Xətai, Nərimanov, Yasamal filiallarından hər hansı biri ola bilər ( Filial Azadlıq: Bakı şəhər, Nərimanov rayon, Azadlıq prospekti 143A

Filial Xətai Bakı şəhər, Xətai rayon, Afiyəddin Cəlilov 20

Yasamal Filialı- şokolad towerın qarşısı)

İş qrafiki: 9:30 dan-18:30 dək, şənbə yarım gün, bazar istirahət, və yaxud 11:30 dan-20:00 dək, şənbə yarım iş günü, həftə içi istirahət, tələbələr də günortadan sonra üçün yarım ştat iş qrafik üçün müsahibəyə gələ bilərlər.

Əməkhaqqı: 800-1200 AZN stabil maaş və əlavə bonus

Müraciət üçün: 050 374 07 17

[email protected]

Tələblər

  • Azərbaycan və rus dillərində səlis danışıq və yazı bacarığı — mütləqdir
  • Kompüter və WhatsApp proqramlarından istifadə bacarığı
  • Gülərüz, səbirli və səliqəli olmaq
  • Məsuliyyətli, punktual və operativ olmaq
  • Satış və müştəri xidməti bacarığı
  • Uşaqlarla işləməyi sevmək
  • Administrator və ya resepşn təcrübəsi üstünlükdür

Vəzifə öhdəlikləri

  • Valideynləri və uşaqları qarşılamaq
  • Daxil olan zəng və WhatsApp müraciətlərini cavablandırmaq
  • Müştərilərə xidmətlər və dərs paketləri haqqında məlumat vermək
  • Sınaq dərslərinə və qruplara qeydiyyat aparmaq
  • Dərs cədvəlinə və davamiyyətə nəzarət etmək
  • Ödənişləri və abonementləri sistemdə qeyd etmək
  • Məşqçilərlə valideynlər arasında koordinasiyanı təmin etmək
  • Mərkəzin gündəlik iş prosesinə və nizam-intizama nəzarət etmək
  • Gündəlik hesabatları rəhbərliyə təqdim etmək

Kids Gymnastics MMC şirkətinin digər vakansiyaları

Kids Gymnastics MMC vakansiyaları