Əsas məzmuna keç
GoJob

Müştəri zalı üzrə inzibatçı (Çayçı)

Group MotorsBakıda administrator vakansiyası

Maaş: 600 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
16 oktyabr 2026
Son müraciət tarixi
15 noyabr 2026

Bakı şəhərində Turizm, Otel və Restoran üzrə vakansiyalar

Vakansiya haqqında

Group Motors Bakıda administrator axtarır. Tam ştat, maaş 600 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Namizədə tələblər

  • Müvafiq sahədə 1–2 il iş təcrübəsi
  • Yaş həddi 30-45
  • Azərbaycan dilini əla səviyyədə bilmək. Rus dilini bilmək arzuolunandır
  • Müştərilərlə və qonaqlarla ünsiyyət qurmaq bacarığı
  • Səliqəli və baxımlı görünüş

Əmək haqqı 600 AZN

Şəxsi keyfiyyətlər:

  • Nəzakətli və etik davranış
  • Məsuliyyətlilik
  • Səliqəlilik və təmizliyə diqqət
  • İntizamlılıq
  • Operativlik
  • Ünsiyyətcil və gülərüz olmaq

Vəzifə öhdəlikləri

  • Qonaqlara çay və qəhvə hazırlamaq və təqdim etmək
  • Müştərilərə ilk olaraq çay və qəhvə təklif etmək
  • Operativ və səliqəli xidmət göstərmək
  • Avadanlıqlardan düzgün və səliqəli istifadə etmək
  • Avadanlıqların işlək vəziyyətdə olmasına nəzarət etmək
  • İstifadə olunan ləvazimatların gigiyenik vəziyyətinə nəzarət etmək
  • Çay, qəhvə və digər zəruri məhsulların ehtiyat səviyyələrini izləmək
  • Aylıq ehtiyacları vaxtında müvafiq şöbəyə bildirmək
  • İş zamanı səliqəli görünüşə riayət etmək
  • Qonaq və müştərilərlə ünsiyyətdə nəzakətli və etik davranış nümayiş etdirmək
  • Şirkətə məxsus əmlakı qorumaq və ondan məsuliyyətlə istifadə etmək
  • Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək

İş şəraiti

  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
  • Stabil və peşəkar iş mühiti
  • İş öhdəliklərinin icrası üçün lazımi şəraitin yaradılması

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Müştəri zalı üzrə inzibatçı (Çayçı)" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.

Group Motors şirkətinin digər vakansiyaları

Group Motors vakansiyaları