Əsas məzmuna keç
GoJob

Anbar işçisi

GFC MMCBakıda anbar işçisi vakansiyası

Maaş: 650 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
22 sentyabr 2026
Son müraciət tarixi
30 oktyabr 2026

Bakı şəhərində Logistika və Nəqliyyat üzrə vakansiyalar

Vakansiya haqqında

GFC MMC Bakıda anbar işçisi axtarır. Tam ştat, maaş 650 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş yeri – Xırdalan şəhəri, anbar.

İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi 

Namizədə aid tələblər:

  • Fiziki işləri yerinə yetirmək bacarığı; 
  • Komandada işləmək bacarığı; 
  • Diqqətli, məsuliyyətli və intizamlı olmaq; 
  • Dondurucu, soyuducu və quru anbar şəraitində işləməyə hazır olmaq; 
  • AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır.

Əsas vəzifə öhdəlikləri:

  • Anbara daxil olan mal-materialların qəbulunu, boşaldılmasını və müəyyən edilmiş saxlama sahələrinə yerləşdirilməsini həyata keçirmək; 
  • Daxil olan sifarişlərə uyğun olaraq mal-materialları toplamaq və göndəriş üçün hazırlamaq; 
  • Mal-materialların refrijerator nəqliyyat vasitələrinə yüklənməsi və boşaldılması işlərini yerinə yetirmək; 
  • Anbar daxilində məhsulların daşınmasını və düzgün yerləşdirilməsini təmin etmək; 
  • Dondurulmuş, soyudulmuş və quru məhsulların saxlanma qaydalarına riayət etmək; 
  • Sayım və inventarizasiya proseslərində iştirak etmək; 
  • Anbar sahəsinin təmiz və səliqəli saxlanılmasını təmin etmək; 
  • Zədələnmiş və ya uyğunsuz məhsullar barədə dərhal rəhbərliyə məlumat vermək; 
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək; 
  • Birbaşa rəhbər tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirmək.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 6 günlük iş rejimi;
  • İş yeri – Xırdalan şəhəri,anbar; 
  • Əməkhaqqı 650-750 Azn;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Anbar işçisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

GFC MMC şirkətinin digər vakansiyaları

GFC MMC vakansiyaları