Anbardar
Booo.azBakıda anbardar vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 16 oktyabr 2026
- Son müraciət tarixi
- 15 noyabr 2026
- Kateqoriya
- Logistika və Nəqliyyat
Vakansiya haqqında
Booo.az Bakıda anbardar axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Booo komandamıza qoşulacaq məsuliyyətli, diqqətli və işinə ciddi yanaşan anbardar axtarırıq!
Vəzifə öhdəlikləri
- Anbarda olan avadanlıq, oyun materialları, dekor və digər inventarların qəbulunu və təhvilini həyata keçirmək;
- Anbarın səliqəli və sistemli saxlanılmasını təmin etmək;
- Tədbir və teambuilding layihələri üçün tələb olunan avadanlıqları siyahı əsasında hazırlamaq;
- Tədbirlərdən sonra geri qaytarılan inventarları yoxlamaq, saymaq və yerbəyer etmək;
- İnventarların mütəmadi sayımını aparmaq və uçotunu saxlamaq;
- İtki, zədə və çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək;
- Zərurət yarandıqda tədbirlərin quraşdırılması və sökülməsi prosesində iştirak etmək.
Namizədə tələblər
- Məsuliyyətli, diqqətli və intizamlı olmaq;
- Fiziki iş üçün uyğun olmaq;
- Komanda ilə işləmək bacarığına sahib olmaq;
- Səliqəli və sistemli işləmək bacarığı;
- Öyrənməyə və dinamik iş mühitində çalışmağa həvəsli olmaq;
- Anbar və inventar uçotu üzrə təcrübənin olması üstünlükdür;
- Çevik iş qrafikinə uyğunlaşmaq: tədbirlərin qrafikindən və avadanlıqların qəbulundan asılı olaraq bəzi günlər işə daha erkən başlamaq və ya gec saatlarda işləmək tələb oluna bilər.
İş şəraiti
- İş günləri: Bazar ertəsi – Şənbə;
- İş saatları: 10:00–18:00;
- Tədbirlərin qrafikindən asılı olaraq işə daha erkən başlamaq və ya gec saatlarda işləmək tələb oluna bilər;
- Həftəsonları tədbir olduğu təqdirdə işə cəlb olunmaq tələb oluna bilər.
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.
Komandamıza qoşulmaq və bizimlə birlikdə maraqlı layihələrin bir hissəsi olmaq istəyirsinizsə, müraciətinizi gözləyirik!