Əsas məzmuna keç
GoJob

Baş anbardar

NBA Technologies International LLCBakıda anbardar vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı, Xətai
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
21 oktyabr 2026
Son müraciət tarixi
20 noyabr 2026

Bakı şəhərində Logistika və Nəqliyyat üzrə vakansiyalar

Vakansiya haqqında

NBA Technologies International LLC Bakının Xətai rayonunda anbardar axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil;
  • Kompüter bilikləri: MS Office proqramları;
  • Dil bilikləri: Azərbaycan və Rus dillərini bilmək mütləqdir, İngilis dili (arzuolunandır);
  • İş təcrübəsi: Baş anbardar vəzifəsində minimum 2 il iş təcrübəsi.
  • Məsuliyyətli və intizamlı olmaq; 
  • Uçot və sənədləşmə işlərində dəqiqliyə riayət etmək.

Vəzifə öhdəlikləri:

  • Anbara daxil olan malları müşayiətedici sənədlər (qaimə, faktura və digər sənədlər) əsasında qəbul etmək.
  • Malların sayını, çeşidini, keyfiyyətini və qablaşdırılmasının bütövlüyünü yoxlamaq.                                                                                   
  • Çatışmazlıq, zədə və ya uyğunsuzluq aşkar edildikdə bu barədə müvafiq akt tərtib etmək və rəhbərliyə məlumat vermək.
  • Qəbul edilmiş malları növünə və kateqoriyasına uyğun olaraq müəyyən edilmiş yerlərdə yerləşdirmək.
  • Malların düzgün saxlanılmasını, qorunmasını və anbar daxilində nizamlı yerləşdirilməsini təmin etmək.
  • Malları yalnız müvafiq sənədlər və təsdiq edilmiş sifarişlər əsasında anbardan buraxmaq.
  • Sifarişlərə uyğun olaraq malları seçmək, komplektləşdirmək və təhvilə hazırlamaq.
  • Malların müştərilərə, daşıyıcılara və ya şirkətin digər struktur bölmələrinə düzgün və vaxtında təhvil verilməsini təmin etmək.
  • Anbara daxil olan və anbardan çıxarılan malların uçotunu aparmaq.
  • Malların hərəkətini müvafiq proqramda (LOGO TIGER) vaxtında və düzgün qeyd etmək.
  • Müəyyən edilmiş qrafikə uyğun olaraq anbar mallarının sayımında iştirak etmək və ya sayımı həyata keçirmək.
  • Sayım zamanı aşkar edilmiş çatışmazlıq və artıq qalıqlar barədə rəhbərliyə məlumat vermək, fərqlərin səbəblərinin araşdırılmasında iştirak etmək.
  • Anbar sahəsinin təmizliyini, səliqəsini və iş üçün yararlı vəziyyətdə saxlanılmasını təmin etmək.                                                            
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək.                                                                              
  • Anbarda olan maddi dəyərlərin qorunmasına və təyinatı üzrə istifadəsinə nəzarət etmək.

İş şəraiti

  • İş qrafiki: bazar ertəsi - cümə 09:00-18:00
  • İş yerinin ünvanı: Bakı, A. Quliyev küç., 1131, Babək Plaza 
  • Əmək haqqı: təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş CV-lərini mövzu (subject) hissəsinə “Baş anbardar" adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan eektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Müsahibə mərhələli şəkildə təşkil edilir.

Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.