Əsas məzmuna keç
GoJob

Anbardar

Azera HoldingBakıda anbardar vakansiyası

Maaş: 1.200 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
12 oktyabr 2026
Son müraciət tarixi
11 noyabr 2026

Bakı şəhərində Logistika və Nəqliyyat üzrə vakansiyalar

Vakansiya haqqında

Azera Holding Bakıda anbardar axtarır. Tam ştat, maaş 1 200 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Azera Holdinq, tərkibində fəaliyyət göstərən Katan Tekstil MMC üçün  Anbardar vəzifəsinə vakansiya elan edir.

Əsas vəzifələr:

  • Mal Qəbulu və Qeydiyyatı: Tekstil məhsullarının, xammalın və aksesuarların anbarda qəbulu və müvafiq sənədləşdirilməsinin aparılması.
  • Anbarın Təşkili: Anbarda olan bütün məhsulların düzgün  şəkildə çeşidlənməsi,  sistematik qaydada saxlanması və onlara asan çıxışın təmin edilməsi.
  • Mal Yerləşdirilməsi: Məhsulların müəyyən edilmiş sahələrdə yerləşdirilməsi, materialların tipinə və istifadəsinə uyğun anbar ərazisinin təşkil edilməsi.
  • Stok İdarəetməsi: Anbarda olan məhsulların dəqiq uçotunun aparılması və stok vəziyyətinin daimi izlənməsi, əskikliklərin və artıq məhsulların vaxtında müəyyən edilməsi.
  • Məhsulların İstehsalata Çıxışı: Məhsulların istehsalat prosesinə yönləndirilməsi üçün lazım olan xammalın və digər materialların istehsalat bölməsinə təhvil verilməsi.
  • Anbar Hesabatlarının Hazırlanması: Stok vəziyyəti, məhsul qəbulu və çıxışı barədə aylıq və  tələb olunduqda hesabatların hazırlanması (1C Proqramı üzərindən) və rəhbərliyə təqdim edilməsi.

Tələblər:

  • Ali təhsil arzuolunandır
  • İş təcrübəsi müvafiq sahədə 2 il 
  • Azərbaycan dili əla,rus dili üstünlükdür
  • Kompyuter proqramları biliyi: 1 C və MC Ofice proqramlarında işləmək
  • Təmkinli və səbirli olması vacibdir.
  • İdarəetmə bacarığı, stressə davamlılıq, dəqiqlik,1C proqamında sərbəst işləmək
  •  İcraatında olan işi  tələb olunan zamanda  təhvil vermək

Əlavə qeyd

  • Əmək haqqı: 1200 AZN (Net)
  • İş yeri: Bakı şəhəri Ələsgər Qayıbov küç 1222
  • Həftə içi 5 gün, 09:00-18:00
  • Tekstil sahəsində təcrübəsi olması arzuolunandır

Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Katan tekstil anbardar” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Azera Holding şirkətinin digər vakansiyaları

Azera Holding vakansiyaları