Əsas məzmuna keç
GoJob

Anbardar

Grossmaster LLCBakıda anbardar vakansiyası

Maaş: 1.500 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
15 oktyabr 2026
Son müraciət tarixi
14 noyabr 2026

Vakansiya haqqında

Grossmaster LLC Bakıda anbardar axtarır. Tam ştat, maaş 1 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Tikinti sahəsində fəaliyyət göstərən şirkətimizə material uçotunu dəqiq və məsuliyyətli şəkildə idarə edə biləcək Anbardar axtarılır.

Əsas vəzifələr:

  • Anbara daxil olan materialların qəbulu və sayılması;
  • Materialların sənədlərlə uyğunluğunun yoxlanılması;
  • Giriş və çıxış əməliyyatlarının gündəlik qeydiyyatı;
  • Sahələrə və briqadalara verilən materialların sənədləşdirilməsi;
  • Material qalıqlarının daim aktual saxlanılması;
  • Minimum ehtiyat səviyyəsinin izlənməsi;
  • Qaimə və təhvil-təslim sənədlərinin düzgün aparılması;
  • Dövri inventarizasiyaların keçirilməsi;
  • Faktiki qalıqla uçotdakı qalığın uyğunluğunun yoxlanılması;
  • Material itkisi və çatışmazlıqların vaxtında rəhbərliyə bildirilməsi;
  • Satınalma, mühasibatlıq və sahə rəhbərləri ilə koordinasiyalı işləmək;
  • Anbarın səliqə və təhlükəsiz saxlanılmasına nəzarət.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil
  • Anbar və ya material uçotu sahəsində iş təcrübəsi;
  • Tikinti materiallarını tanımaq üstünlükdür;
  • Excel proqramında işləmək bacarığı;
  • Uçot və sənədləşmədə dəqiqlik;
  • Məsuliyyətli və intizamlı olmaq;
  • Tikinti şirkətində anbardar təcrübəsi üstünlükdür.

Sınaq müddəti: 3 ay

Əməkhaqqı: 1500 AZN

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.