Əsas məzmuna keç
GoJob

Aqronom köməkçisi (Zirə)

Buta AgroBakıda aqronom vakansiyası

Maaş: 800 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
21 oktyabr 2026
Son müraciət tarixi
20 noyabr 2026

Vakansiya haqqında

Buta Agro Bakıda aqronom axtarır. Tam ştat, maaş 800 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş şəraiti

  • İş yeri: Bakı, Zirə qəsəbəsi, İstixana Kompleksi
  • İş saatı: Həftədə 6 gün həftəlik 40 saat olmaqla
  • Əmək haqqı: 800-1000 Azn.

Vəzifə öhdəlikləri

  • Xidmət etdiyi sahədə aqrotexniki və hər bir bitki üzrə texnoloji qaydaları həyata keçirir, və az əmək vəsait sərfi ilə keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalının təminində iştirak edir;
  • Üzvi və mineral gübrələr, herbisidlərdən düzgün istifadəni Aqronomun nəzarəti altında təmin edir;
  • Sort toxum əkinlərinə və çoxillik əkmə sahələrində bitkilərin düzgün aqrotexniki qaydada becərilməsində iştirak edir;
  • Alaq otlarına, zərərvericilərə və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin hazırlanması və həyata keçirilməsi prossesində iştirak edir;
  • Bitkiçilik sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə əməl edir;
  • Aqronomiyaya aid bütün sənədlərin tərtib olunmasını və hesabatların verilməsini Aqronomun tapşırığına əsasən ica edir;

Təhsil və iş təcrübəsi

  • Ali təhsil (Aqronomluq, Biologiya, Kimya, Torpaqşünaslıq);
  • Minimum 6 ay vəzifə üzrə təcrübə.
  • İstixana təcrübəsi mütləqdir.

Bacarıq və səriştələr

  • Office proqramları (word,excel orta səviyyəli user)
  • İstixana avadanlıqları ilə işləmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik, öyrənməyə həvəsli;

Təminatlar:  

  • Nəqliyyat və nahar ilə təmin edilir.

Bilməlidir

  • İstixanada becəriləcək bitkilər üçün uyğun becərmə mühitinin düzgün müəyyənləşdirilməsi bacarığı;
  • Bitkilərin eroziyadan müdafiəsi və ekoloji mühitini qorumaq bacarığı;
  • Suvarma və irriqasiya şəbəkələrinin mühafizəsi barədə məlumat olmaq;
  • Əməyin mühafizəsinin, texniki təhlükəsizliyinin, istehsalat  sanitariyasının,  mülki  müdafiənin  norma  və  qaydalarını, qəza halları zamanı fəaliyyətlərini.

Zəhmət olmasa CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Aqronom köməkçisi (Zirə)” qeyd etməyi unutmayın.