Əsas məzmuna keç
GoJob

Aqronom (Şimal regionu üzrə)

AgrarcoBakıda aqronom vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
26 oktyabr 2026
Son müraciət tarixi
25 noyabr 2026

Bakı şəhərində Sənaye və Kənd Təsərrüfatı üzrə vakansiyalar

Vakansiya haqqında

Agrarco Bakıda aqronom axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Təsvir

  • İllik aqrotexniki planın icrasına nəzarət etmək;
  • Budama işlərinin düzgün aparılmasına rəhbərlik etmək;
  • Bağlarda mütəmadi olaraq monitorinq aparmaq (meyvələrin inkişafı,yetişmə vəziyyəti);
  • Zərərvericilər və xəstəliklərlə bağlı mütəmadi monitorinq aparmaq və müvafiq mübarizə tədbirləri təklif etmək;
  • Suvarma işlərinə nəzarət etmək və uyğunsuzluqlar barədə baş aqronom və sahə icraçısına məlumat vermək;
  • Yeni salınmış bağlarda il ərzində bitkilərin inkişaf dinamikasının meyarlarını (boy artımı, gövdə yoğunlaşması və s.) izləmək və qeydiyyatını aparmaq;
  • Dərmanların norma üzrə tətbiqinə nəzarət və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək;
  • Məhsulun inkişaf mərhələlərini izləmək və məhsuldarlıq proqnozu hazırlamaq;
  • Gündəlik, aylıq və mövsümi hesabatlar hazırlamaq;
  • Sahə işçilərinin iş bölgüsünü aparmaq və yığım prosesinin düzgün təşkilinə rəhbərlik etmək;
  • Bağın becərilməsi və işlərin ləngiməsi ilə bağlı bütün məsələləri izləmək (360 dərəcəli baxış) və Baş aqronoma məruzə etmək;
  • Baş aqronomun verdiyi digər tapşırıqların icrası.

Tələblər

  • Aqronomluq, bitkiçilik və ya müvafiq sahə üzrə ali təhsil;
  • Aqronom vəzifəsində 2 il iş təcrübəsi;
  • Quba və Xaçmaz rayonlarında daimi yaşayan namizədlərə üstünlük verilir;
  • Müasir aqrotexniki üsullar, gübrələmə, suvarma və bitki mühafizəsi barədə biliklər;
  • Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Agrarco şirkətinin digər vakansiyaları

Agrarco vakansiyaları