Ailə üçün aşpaz
Dreamland BakuBakıda aşpaz vakansiyası
Maaş: 1.000 ₼-dən / ay
- Yerləşmə
- Bakı, Suraxanı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 26 oktyabr 2026
- Son müraciət tarixi
- 25 noyabr 2026
- Kateqoriya
- Turizm, Otel və Restoran
Vakansiya haqqında
Dreamland Baku Bakının Suraxanı rayonunda aşpaz axtarır. Tam ştat, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
İş şəraiti
- İş yeri: Dreamland, Bakı
- Əməkhaqqı: 1000 AZN / ay
- İş qrafiki: Saat 07:30-dan başlayaraq, gündəlik yeməklərin hazırlanması tamamlanana qədər (təxminən 5 saat).
Ailəmiz üçün dadlı, müxtəlif və sağlam yeməklər hazırlaya bilən, təcrübəli, məsuliyyətli və yaradıcı xanım aşpaz axtarırıq.
Əsas vəzifə və tələblər:
- Sağlam qidalanma, kalori və makronutrientlər (zülal, yağ, karbohidrat) haqqında yaxşı bilik.
- Böyüklər üçün balanslaşdırılmış, zülalla zəngin və dadlı yeməklərin hazırlanması.
- Uşaqlar üçün müxtəlif, faydalı və maraqlı menyunun hazırlanması, onların yeni yeməklərə və dadlara alışmasına kömək etmək.
- Həftəlik menyunun planlaşdırılması və gün ərzində yeyiləcək yeməklərin hazırlanması.
- Mətbəxdə təmizliyə və səliqəyə riayət edilməsi.
Üstünlük veriləcək:
- Sağlam və ya idman qidalanması üzrə hazır yemək hazırlayan şirkətlərdə (healthy meal prep) iş təcrübəsi.
- Uşaqlar üçün yemək hazırlamaq təcrübəsi.
- Rus dilini bilmək.
- Şəxsi avtomobilinin olması (Dreamland ərazisinə ictimai nəqliyyat məhduddur).
Yalnız xanım namizədlər nəzərdən keçirilir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.