Əsas məzmuna keç
GoJob

Daxili nəzarət və təftiş üzrə mütəxəssis

Melissa GroupBakıda auditor vakansiyası

Maaş: 1.000 ₼-dən / ay

Yerləşmə
Bakı, Yasamal
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
30 oktyabr 2026
Son müraciət tarixi
29 noyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

Melissa Group Bakının Yasamal rayonunda auditor axtarır. Tam ştat, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri

  • Marketlərdə daxili nəzarət və təftiş yoxlamalarının həyata keçirilməsi;
  • Mağaza daxili əməliyyatların daxili qayda və prosedurlara uyğunluğunun yoxlanılması;
  • Kassa əməliyyatlarının, satış hesabatlarının və pul dövriyyəsinin yoxlanılması;
  • Mal qəbulu, anbar uçotu, inventarizasiya, qaytarma və silinmə proseslərinə nəzarət;
  • Satınalma proseslərinin, təchizatçı müqavilələrinin və müvafiq sənədlərin yoxlanılması;
  • Mal və pul vəsaitləri üzrə çatışmazlıqların, uyğunsuzluqların və mümkün sui-istifadə hallarının araşdırılması;
  • Aşkar edilmiş nöqsanlar üzrə hesabatların hazırlanması və aradan qaldırılması üçün təkliflərin verilməsi;
  • Yoxlama nəticələrinin Audit departamentinin rəhbərliyinə təqdim edilməsi.
  • Təhvil təslim zamanı marketdə sayım prosesinin təşkili, nəzarəti, ortaya çıxan fərqlərin araşdırılması

Namizədə tələblər

  • Maliyyə, mühasibat uçotu, audit, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;
  • Daxili audit, daxili nəzarət, təftiş və ya pərakəndə ticarət əməliyyatları üzrə minimum 2 il iş təcrübəsi;
  • Marketlər şəbəkəsində əməliyyat və maliyyə prosesləri haqqında praktiki biliklər
  • Kassa əməliyyatları, mal qəbulu, anbar uçotu və inventarizasiya proseslərini yoxlamaq bacarığı;
  • Satınalma müqavilələrini, hesab-fakturaları və digər ilkin uçot sənədlərini təhlil etmək bacarığı;
  • MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı;
  • ERP, 1C və digər uçot sistemləri ilə iş təcrübəsi üstünlükdür;
  • Analitik düşünmə, araşdırma, uyğunsuzluqları müəyyən etmə və hesabat hazırlama bacarığı;
  • Obyektivlik, prinsipiallıq, dürüstlük, məxfilik və yüksək məsuliyyət hiss

Digər qeydlər:

  • İş günləri: Həftədə 5 gün
  • Əməkhaqqı: 1000 AZN + bonus

CV-nizi və portfolionuzu "Daxili nəzarət və təftiş üzrə mütəxəssis" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Melissa Group şirkətinin digər vakansiyaları

Melissa Group vakansiyaları