Əsas məzmuna keç
GoJob

Baş Audit

Bakıda auditor vakansiyasıBoranı restoranlar şəbəkəsi

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
26 sentyabr 2026
Son müraciət tarixi
26 oktyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

Boranı restoranlar şəbəkəsi Bakıda auditor axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Boranı Restoranlar Şəbəkəsi Baş Audit vakansiyası elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • Restoran filiallarının maliyyə və əməliyyat fəaliyyətinin mütəmadi auditinin həyata keçirilməsi;
  • Kassa, POS,bank,nağd pul və digər maliyyə əməliyyatlarının yoxlanılması;
  • Satışların,gəlirlərin və xərclərin uçotunun düzgünlüyünə nəzarət;
  • Anbar,mətbəx və bar üzrə mal-material hərəkətinin və inventarizasiyaların yoxlanılması;
  • Məhsul sərfiyyatı,reseptura,porsiya və faktiki qalıqların uyğunluğunun təhlili;
  • Mal itkisi,israf,uyğunsuzluq və mümkün maliyyə risklərinin müəyyənləşdirilməsi;
  • Filiallarda daxili prosedur və qaydalara əməl olunmasının yoxlanılması;
  • Audit nəticələri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Aşkar edilmiş uyğunsuzluqların səbəblərinin araşdırılması və aradan qaldırılması üzrə təkliflərin hazırlanması;
  • Daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və risklərin minimuma endirilməsi üzrə tədbirlərdə iştirak;
  • Zəruri hallarda planlı və plandankənar filial yoxlamalarının həyata keçirilməsi.

Namizədə tələblər:

  • Sektor təcrübəsi – İaşə obyektlərində minimum 3 il iş təcrübəsi;
  • Təhsil - Maliyyə, audit, iqtisadiyyat və ya mühasibat uçotu üzrə ali təhsil;
  • Sistem bilikləri - Restoran idarəetmə sistemləri (iiko və ya r-keeper), həmçinin 1C proqramında mükəmməl işləmək bacarığı;
  • Məlumat analizi - MS Excel proqramını yüksək səviyyədə bilmək,güclü analitik düşünmə, riyazi hesablama və maliyyə təhlili bacarıqları;
  • İdarəetmə bacarığı - Güclü ünsiyyət və komandada işləmə bacarığı;
  • Dil biliyi - Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, əcnəbi dil biliyi üstünlükdür.

İş şəraiti və təminatlar

  • Müasir və korporativ iş mühiti, peşəkar komanda;
  • Nahar yeməyi; Restoran daxilində 200 AZN məbləğində şəxsi ödənməz;
  • Korporativ nömrə;
  • İş rejimi - 6 günlük (I-V günlər 09:00-17:00, VI gün 09:00-14:00);
  • Əmək haqqı: Müsahibə əsasında

Müraciət üçün: CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Baş Audit” başlığı ilə göndərə bilərsiniz.

Oxşar vakansiyalar