Forklift (Avtoyükləyici) sürücüsü
Carlsberg AzerbaijanXırdalanda avtokar sürücüsü vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Xırdalan, Abşeron
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 26 oktyabr 2026
- Son müraciət tarixi
- 25 noyabr 2026
- Kateqoriya
- Logistika, Anbar və Təchizat
Vakansiya haqqında
Carlsberg Azerbaijan Xırdalanda avtokar sürücüsü axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vakansiya haqqında:
- Carlsberg Azerbaijan komandasına qoşulmaq üçün məsuliyyətli və peşəkar Forklift (Avtoyükləyici) Sürücüsü axtarırıq.
İş şərtləri:
- İş yeri: Xırdalan, Carlsberg Azerbaijan zavodu
- Şöbə: Anbar və daxili logistika
- İş qrafiki: Növbəli
Əsas vəzifə öhdəlikləri:
- Forklift vasitəsilə məhsul, xammal və materialların daşınmasını, nəqliyyat vasitələrinə yüklənməsini və boşaldılmasını həyata keçirmək.
- Yükləri müəyyən edilmiş qaydalara uyğun olaraq rəflərə yerləşdirmək və istifləmək.
- Məhsul və materialların qəbulu və təhvili zamanı miqdarını, çeşidini, keyfiyyətini və qablaşdırmanın bütövlüyünü yoxlamaq, uyğunsuzluqlar barədə məlumat vermək.
- Sifarişləri sənədlərə uyğun komplektləşdirmək, anbar əməliyyatlarını WMS sistemində vaxtında və düzgün qeydə almaq.
- İstehsal xətlərinin materiallarla təmin edilməsində və inventar sayımlarında iştirak etmək.
- Növbə başlamazdan əvvəl forkliftin texniki vəziyyətini yoxlamaq, müvafiq yoxlama qeydlərini aparmaq və nasazlıqlar barədə dərhal məlumat vermək.
- Sürət həddinə, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək, fərdi qoruyucu vasitələrdən istifadə etmək.
Namizədlərə dair tələblər:
- Orta və ya orta ixtisas təhsili;
- Forklift (Avtoyükləyici) idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi və sertifikat;
- Oxşar vəzifədə ən azı 1 il iş təcrübəsi;
- Təhlükəsizlik qaydalarına yüksək diqqət;
- Anbar prosesləri — malların qəbulu, yerləşdirilməsi və göndərilməsi üzrə biliklər;
- Rus dili biliyi üstünlükdür;
- Növbəli iş qrafikində işləməyə hazırlıq;
- Diqqətlilik, məsuliyyət və intizam.
- WMS sistemi, terminal və skanerlərlə iş təcrübəsi üstünlükdür
Əlavə şərtlər:
- Nahar təminatı
- 4 istiqamət üzrə transfer (səhər və axşam)
Əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verirsinizsə və bu maraqlı, eyni zamanda məsuliyyətli vakansiyaya müraciət etmək istəyirsinizsə, zəhmət olmasa CV-nizi link vasitəsilə göndərin:
- https://www.carlsbergazerbaijan.az/en/work-with-us/join-our-team/career-form/
- https://www.carlsbergazerbaijan.az/az/bizimla-calis/komandamiza-qosul/career-form/
Yalnız vakansiya tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.
Carlsberg Azerbaijan şirkətinin digər vakansiyaları
Xırdalanda satış təmsilçisi vakansiyasıCarlsberg Azerbaijan, Xırdalan, Abşeron
Xırdalanda merçendayzer vakansiyasıCarlsberg Azerbaijan, Xırdalan, Abşeron
Xırdalanda controlling specialist vakansiyasıCarlsberg Azerbaijan, Xırdalan, Abşeron
Xırdalanda əməliyyatlar üzrə mütəxəssis vakansiyasıCarlsberg Azerbaijan, Xırdalan, Abşeron