Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Beynəlxalq xəstə əlaqələri üzrə mütəxəssis (Ərəb dili)

Liv Bona Dea HospitalBakıda beynəlxalq xəstə əlaqələri üzrə mütəxəssis vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
14 noyabr 2026
Baxış
639
Müraciət
29
Son müraciət tarixi
14 dekabr 2026

Vakansiya haqqında

Liv Bona Dea Hospital Bakıda «Beynəlxalq xəstə əlaqələri üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə və öhdəliklər:

  • Beynəlxalq xəstə axınının təmin olunmasına dəstək göstərilməsi.
  • Müraciət edən xəstələrlə əlaqə saxlayaraq tələb etdikləri müalicələrlə bağlı yazılı və şifahi məlumatlandırmanın təmin olunması.
  • Əməliyyat zamanı və əməliyyatdan sonra  xəstələrlə maraqlanıb onların təqib olunması. Xəstə ödənişləri, korporativ ödənişlər kimi xəstəyə aid maliyyə proseslərinin təqib olunması.
  • Cavabdeh olduğu xəstələrin xəstəxana və oteldə yerləşdirilməsi zamanı onlarla maraqlanması və ya şifahi tərcümə ilə bağlı dəstək göstərilməsi.
  • Lazımi hallarda müəssisə daxilində tərcümə işləri ilə məşğul olacaq.
  • Sosial media, whatsapp, telefon və e-poçt mühitində iş tərəfdaşları, xəstələrlə ünsiyyətdə olacaq.

Tələblər:

  • Ali təhsilli, Ərəb dilini(Rus-İngilis dili) səlis bilən, tibb sahəsində təcrübəsi olan və ya bu sahədə təhsil almış. Dil bacarıqlarından səlis istifadə etmək və əlavə dil biliklərinə malik olmaq üstünlükdür.
  • Təqdimat, təmsil etmə və inandırma bacarıqları inkişaf etmiş, sürətli və çevik iş saatlarına uyğunlaşa biləcək, Microsoft Office proqramlarını bilən.
  • Uzunmüddətli əməkdaşlıq düşünən namizədlər
  • Öyrənməyə və inkişaf etməyə həvəsli
  • Xarici pasiyentlərlə işləməyə maraqlı

Şəxsi keyfiyyətlər:

  • Ünsiyyət qurma bacarığı,  dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
  • Komandada işləməyi bacarmalı;
  • Analitik düşüncə qabiliyyəti;
  • Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
  • Stresə davamlı.
  • Əmək haqqı təcrübəyə, bilik və bacarlqlara əsasən təyin ediləcək

Əmək haqqı:

  • Müsahibə əsasında namizədin bilik və bacarıqlarına, təcrübəsinə əsasən təyin olunacaq.
  • Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Beynəlxalq xəstə əlaqələri üzrə mütəxəssis (Ərəb dili)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Liv Bona Dea Hospital şirkətinin digər vakansiyaları

Liv Bona Dea Hospital vakansiyaları