Əsas məzmuna keç
GoJob

Biznes Analitik (HRM Proqram təminatı üzrə)

PROSYS MMCBakıda biznes analitik vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
29 sentyabr 2026
Son müraciət tarixi
29 oktyabr 2026

Bakı şəhərində İnformasiya Texnologiyaları üzrə vakansiyalar

Vakansiya haqqında

PROSYS MMC Bakıda biznes analitik axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş yeri: Bakı, Azərbaycan

İş növü: Tam ştat (Full-time)

Biznes proseslərinin rəqəmsallaşdırılmasında rol almaq istəyirsiniz?

PROSYS MMC olaraq HRM proqram təminatının inkişafı və tətbiqi layihələrində iştirak edəcək, biznes proseslərini analiz edərək proqram həllərinə çevirə biləcək Biznes Analitik axtarırıq.

Əgər analitik düşüncəyə malik, biznes proseslərini dərindən təhlil etməyi sevən və SQL biliklərinizlə proqram təminatlarının inkişafına töhfə vermək istəyirsinizsə, komandamıza qoşulun!

Sizdən nələri gözləyirik?

  • Analitik düşüncə tərzi və detallara yüksək diqqət;
  • Minimum 1 il Biznes Analitik və ya oxşar vəzifədə iş təcrübəsi;
  • Biznes proseslərinin təhlili, modelləşdirilməsi və optimallaşdırılması sahəsində təcrübə;
  • Müştəri tələblərinin toplanması, analiz edilməsi və funksional tələblərin hazırlanması bacarığı;
  • SQL (PL/SQL biliyi üstünlükdür) və verilənlər bazası ilə işləmək bacarığı;
  • Texniki tapşırıqların və funksional spesifikasiyaların hazırlanması təcrübəsi;
  • Jira, Balsamiq Wireframes, MS Visio və ya oxşar alətlərlə işləmək bacarığı;
  • Agile / Scrum metodologiyaları ilə işləmək təcrübəsi;
  • Komandada işləmək, ünsiyyət və problem həll etmə bacarığı.

Arzuolunandır

  • HR prosesləri üzrə ümumi bilik;
  • Əmək qanunvericiliyi və əmək haqqının hesablanması prosesləri barədə məlumat;
  • Rus və İngilis dili bilikləri.

​​​​​​​​​​​​​​Görəcəyiniz işlər

  • Müştəri tələblərinin toplanması və biznes analizinin aparılması;
  • Biznes proseslərinin təhlili, modelləşdirilməsi və sənədləşdirilməsi;
  • Scrum komandası ilə biznes tələblərinin koordinasiyası;
  • SQL vasitəsilə məlumatların analizi və sistem davranışının yoxlanılması;
  • Mövcud funksionallıqların təhlili və funksional spesifikasiyaların hazırlanması;
  • Proqram təminatının test edilməsi və keyfiyyətə nəzarət;
  • Məhsulun tətbiqi və tətbiq dəstəyi.

Biz sizə nə təklif edirik?

  • Rəqabətədavamlı əmək haqqı (bilik və təcrübəyə uyğun);
  • 5 günlük iş həftəsi (09:00–18:00);
  • Böyükmiqyaslı proqram təminatı layihələrində iştirak imkanı;
  • Peşəkar inkişaf və karyera yüksəlişi;
  • Güclü və peşəkar komanda ilə işləmək imkanı.

Mövzu hissəsində "Biznes Analitik (HRM)" qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Biznes proseslərini rəqəmsal həllərə çevirən komandanın bir hissəsi olun!

PROSYS MMC şirkətinin digər vakansiyaları

PROSYS MMC vakansiyaları