Əsas məzmuna keç
GoJob

Biznes inkişafı üzrə menecerin assistenti

AzTrade LLCBakıda biznes inkişafı üzrə menecerin assistenti vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı, Nizami
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
15 oktyabr 2026
Son müraciət tarixi
14 noyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

AzTrade LLC Bakının Nizami rayonunda «Biznes inkişafı üzrə menecerin assistenti» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş yeri: Bakı şəhəri

İş rejimi: Tam iş günü

İşəgötürən: İstehsalat və satış şirkəti

Vəzifə öhdəlikləri

  • Biznes inkişafı üzrə menecerə gündəlik işlərin təşkilində və idarə edilməsində dəstək göstərmək;
  • Bazar araşdırmalarının aparılmasında, yeni müştəri və biznes imkanlarının müəyyən edilməsində iştirak etmək;
  • Müştərilər, tərəfdaşlar və potensial biznes əlaqələri ilə ünsiyyət qurmaq;
  • Kommersiya təkliflərinin, hesabatların, təqdimatların və digər işgüzar sənədlərin hazırlanmasında iştirak etmək;
  • Microsoft Excel vasitəsilə məlumatların işlənməsi, təhlili, cədvəllərin və hesabatların hazırlanmasını həyata keçirmək;
  • Satış göstəricilərini, sifarişləri və digər biznes məlumatlarını izləmək və sistemləşdirmək;
  • Görüşlərin, danışıqların və işgüzar səfərlərin təşkilinə dəstək olmaq;
  • Rəhbərliyin tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmək.

Namizədə tələblər

  • Cins: kişi
  • Ali təhsil;
  • Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək (xüsusilə Microsoft Excel);
  • Excel-də düsturlar, funksiyalar, PivotTable və məlumatların təhlili ilə işləmək bacarığı;
  • Word və PowerPoint proqramlarında sərbəst işləmək, Outlook və digər MS Office alətlərindən istifadə etmək bacarığı;
  • Şəxsi avtomobilin olması mütləqdir;
  • Sürücülük vəsiqəsinin olması və avtomobili aktiv idarə etmək bacarığı;
  • Analitik düşüncə, məsuliyyətlilik və detallara diqqət;
  • Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları;
  • Operativlik, təşəbbüskarlıq və komandada işləmək bacarığı;
  • Azərbaycan və rus dillərini bilmək, ingilis dili biliyi üstünlükdür.

Şirkət təklif edir

  • Rəqabətədavamlı əməkhaqqı;
  • İş nəticələrinə uyğun inkişaf və karyera imkanları;
  • Peşəkar komandada iş təcrübəsi;
  • Vəzifə üzrə bilik və bacarıqların inkişaf etdirilməsi.

Tələblərə uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Vakansiyanın adını qeyd etmək mütləqdir!

Qeyd: Şəxsi avtomobilin olması və MS Excel proqramını yüksək səviyyədə bilmək əsas seçim meyarlarıdır.

AzTrade LLC şirkətinin digər vakansiyaları

AzTrade LLC vakansiyaları