Əsas məzmuna keç
GoJob

Biznes Proseslərin İdarəedilməsi və Optimallaşdırılması şöbəsinin müdiri

“İqlim Elmi-İstehsalat Müəssisəsi” MMCBakıda biznes proseslərin idarəedilməsi və optimallaşdırılması şöbəsinin müdiri vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
13 oktyabr 2026
Son müraciət tarixi
12 noyabr 2026

Bakı şəhərində İnsan Resursları üzrə vakansiyalar

Vakansiya haqqında

“İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC Bakıda «Biznes Proseslərin İdarəedilməsi və Optimallaşdırılması şöbəsinin müdiri» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Müəssisə - İqlim “Elmi İstehsalat Müəssisəsi” MMC

Struktur – Biznes Proseslərin İdarəedilməsi və Optimallaşdırılması şöbəsi

Vəzifə öhdəlikləri

  • Şöbənin illik və rüblük iş planını hazırlamaq, departament direktoru ilə razılaşdırmaq və icrasına nəzarət etmək.
  • Şirkətin proses arxitekturasını (proseslər xəritəsi, səviyyələr, proses sahibləri) formalaşdırmaq və aktual saxlamaq.
  • Proses modelləşdirməsi, sənədləşmə və optimallaşdırma üzrə vahid metodologiya və standartları (BPMN 2.0, Lean, Six Sigma, Kaizen) təsdiqə təqdim etmək.
  • Optimallaşdırma layihələrinin portfelini idarə etmək: təşəbbüsləri səmərə və resurs baxımından qiymətləndirmək, prioritetləşdirmək.
  • İstehsalat, satınalma, anbar, logistika, maliyyə və digər struktur bölmələrin rəhbərləri ilə proses dəyişikliklərini razılaşdırmaq.
  • Proses göstəriciləri (KPI) sistemini qurmaq, monitorinq hesabatlarını rəhbərliyə təqdim etmək.
  • Avtomatlaşdırma və rəqəmsallaşdırma (ERP, MES, RPA, BPM sistemləri) üzrə təşəbbüslərin icrasında iştirak.
  • Şöbə əməkdaşları arasında vəzifələri bölüşdürmək, iş fəaliyyətini qiymətləndirmək, inkişaf planlarını hazırlamaq.
  • Şirkətdə proses yönümlü idarəetmə mədəniyyətini təşviq etmək, təlimlər təşkil etmək.
  • Dəyişikliklərin idarə olunması (change management) prosesinə rəhbərlik etmək.

Tələblər

  • Təhsil: ali (menecment, iqtisadiyyat, mühəndislik, sənaye idarəetməsi və ya İT); MBA üstünlükdür.
  • Təcrübə: biznes proseslərin idarə olunması sahəsində ən 7 il; rəhbər vəzifədə azı 2 il təcrübə. İstehsalat sahəsində təcrübə üstünlükdür.
  • Biliklər: BPMN 2.0, Lean Manufacturing, Six Sigma, ISO 9001, layihə idarəetməsi (PMP, Agile), ERP sistemləri .
  • Bacarıqlar: strateji düşüncə, liderlik, danışıqlar, təqdimat, maliyyə səmərəsinin hesablanması.
  • Dillər: Azərbaycan dili mükəmməl; ingilis və rus dili yaxşı səviyyədə.

İş şəraiti

  • İş saatları 09:00 – 18:00
  • İş Yeri – Buzovna qəsəbəsi (20 yanvar və Koroğlu metrostansiyalarından xidməti avtobus fəaliyyət göstərir)
  • Gəliş-gedişlə ilə əlaqədar şəxsi avtomobildən istifadə edənlər üçün yanacaq limiti nəzərdə tutulub.

Maraqlananlar cv-lərini Biznes Proseslərin İdarəedilməsi və Optimallaşdırılması şöbəsinin müdiri başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

“İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC şirkətinin digər vakansiyaları

“İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC vakansiyaları