Əsas məzmuna keç
GoJob

Biznes proseslərinin idarəedilməsi üzrə admin

FOTON LLCBakıda biznes proseslərinin idarəedilməsi üzrə admin vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Könüllü
Dərc olunub
11 noyabr 2026
Son müraciət tarixi
11 dekabr 2026

Bakı şəhərində İstehsalat və Kənd Təsərrüfatı üzrə vakansiyalar

Vakansiya haqqında

FOTON LLC Bakıda «Biznes proseslərinin idarəedilməsi üzrə admin» vəzifəsinə işçi axtarır. Könüllü iş. Müraciət birbaşa işəgötürənə göndərilir.

Nə təklif edirik?

  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Könüllü tibbi sığorta (ailə paketi);
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

İşin təsnifatı:

  • Biznes proseslərinin AS-IS və TO-BE modellərinin proses xəritələrini, RACI matrisləri hazırlamaq prosesində iştirak etmək;
  • Biznes prosesləri, daxili normativ sənədlər, nəzarət tədbirləri və uyğunsuzluqlar üzrə müvafiq reyestrləri aparmaq;
  • Daxili normativ  sənədlərin razılaşdırılması, təsdiqi, qüvvəyə minməsi, yenilənməsi və ləğvi mərhələlərinin koordinasiyasını aparmaq; 
  • Biznes proseslərinin idarə edilməsi üzrə görüşlərin təşkilinə, nəticələrin sənədləşdirilməsinə və razılaşdırılmış tapşırıqların izlənilməsini təmin etmək;
  • Struktur bölmənin fəaliyyəti üzrə sənəd və məlumat dövriyyəsini təşkil etmək, məlumatları, müraciət və sorğuları qəbul etmək, qeydiyyata almaq və aidiyyəti üzrə yönləndirmək;
  • Proqram təminatlarından istifadə etməklə vizual materiallar və təqdimatlar hesabatlar, arayışlar və digər işçi sənədləri hazırlamaq.

Tələblər:

  • Biznesin idarə edilməsi, menecment, iqtisadiyyat,hüquq və ya digər uyğun ixtisas üzrə ali təhsil;
  • Biznes prosesləri, keyfiyyətin idarə edilməsi və ya digər müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
  • Canva, Microsoft Word, Excel, PowerPoint proqramlarında və süni intellekt alətləri ilə işləmək bacarığı;
  • Elektron sənəd dövriyyəsi sistemlərində işləmək bacarığı;
  • CEM, PMP, NEBOSH və ya IFMA/FMP kimi beynəlxalq sertifikatların olması üstünlükdür.

İş şəraiti:

  • İş rejimi: 5 günlük 
  • İş yeri: Bakı şəhəri

CV-lərinizi “Biznes proseslərinin idarəedilməsi üzrə admin” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. 

FOTON LLC şirkətinin digər vakansiyaları

FOTON LLC vakansiyaları