Biznesə nəzarət və Analitika Departament müdiri
VeysəloğluBakıda biznesə nəzarət və analitika departament müdiri vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı, Nizami
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 24 noyabr 2026
- Baxış
- 635
- Müraciət
- 51
- Son müraciət tarixi
- 24 dekabr 2026
- Kateqoriya
- Maliyyə, Bank və Sığorta
Vakansiya haqqında
Veysəloğlu Bakının Nizami rayonunda «Biznesə nəzarət və Analitika Departament müdiri» vəzifəsinə işçi axtarır. Tam ştat, ofisdə iş. Vakansiyada 4 vəzifə göstərilib; müraciət e-poçtla, birbaşa işəgötürənə.
Namizədə olan əsas tələblər
- Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və ya əlaqəli sahədə bakalavr dərəcəsi (magistr, MBA, CFA və ya CIMA üstünlükdür);
- Biznes analitikası, biznes nəzarəti, FP&A, kommersiya maliyyəsi vsahəsində 5 il rəhbərlik və ya liderlik vəzifəsi təcrübəsi;
- Qabaqcıl maliyyə modelləşdirməsi və investisiya qiymətləndirməsi bacarıqları, pərakəndə satış iqtisadiyyatı və distribüsiya modelləri üzrə güclü anlayış, maliyyə və əməliyyat KPI-ları,, proqnozlaşdırma və dövriyyə kapitalının idarə olunması üzrə mükəmməl biliklər;
- Excel və PowerPoint üzrə yüksək səviyyə, Power BI və ya digər BI platformaları ilə praktiki təcrübə, ERP sistemləri və böyük verilənlərin təhlili bacarığı;
- Güclü strateji düşüncə, kommersiya duyumu və nəticəyönümlü analitik yanaşma, maraqlı tərəflərlə işləmə, güclü kommunikasiya və təqdimat bacarıqları;
İş şəraiti
- İşçi və onun ailə üzvləri üçün özəl tibbi sığorta paketi.
- Əmək haqqı daxili prosedura və dərəcələndirmə sisteminə əsasən müəyyən edilir;
- İllik bonus İlin sonunda əldə olunan nəticələrə, KPI hədəflərinə əsasən;
- Korporativ mobil nömrə və tarif paket;
- Şirkət tərəfindən təmin olunan nahar;
- Push30 platformasına abunəlik (İllik abunə haqqına 50% endirim);
- Şirkət tərəfindən təqdim olunan avtomobil yanacaq kartı;
Ünvan: Azure Biznes Mərkəzi
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Biznesə Nəzarət və Analitika Departament Müdiri ” yazmaqla, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Vəzifə öhdəlikləri
- Qrup üzrə biznes analitikası çərçivəsini və performansın idarə olunması sistemini qurmaq,standart hesabat strukturları, dashboard-lar və əməliyyat KPI-ları yaratmaq, pərakəndə və distribüsiya bizneslərinin performansını izləyərək rəhbərliyə strateji tövsiyələr vermək;
- Biznes nəzarəti və monitorinq mexanizmlərini gücləndirmək, büdcə-fakt və proqnoz-fakt təhlillərinə (gəlir, marja, xərclər, EBITDA, pul axını və dövriyyə kapitalı) rəhbərlik etmək, kənarlaşmaların səbəblərini araşdırıb düzəldici addımlar təklif etmək;
- İnvestisiya təkliflərini, CAPEX layihələrini, biznesin genişləndirilməsi və infrastruktur investisiyalarını qiymətləndirmək, texniki-iqtisadi əsaslandırmalar aparmaq, biznesin qiymətləndirilməsi və investisiya sonrası performansı izləmək;
- Analitika funksiyasının metodologiyalarını, alətlərini və standartlarını inkişaf etdirmək, biznes vahidləri üzrə analitika komandalarını koordinasiya etmək, məlumat əsaslı mədəniyyəti, hesabatların avtomatlaşdırılmasını, dashboard hazırlanmasını və BI alətlərinin tətbiqini gücləndirmək;
Veysəloğlu şirkətinin digər vakansiyaları
Bakıda xəzinadarlıq və maliyyələşdirmə departament müdiri vakansiyasıVeysəloğlu, Bakı, Nizami
Bakıda satınalma üzrə mütəxəssis vakansiyasıVeysəloğlu, Bakı, Nizami
Bakıda şöbə müdiri vakansiyasıVeysəloğlu, Bakı, Nizami
Bakıda kimyaçı mühəndis vakansiyasıVeysəloğlu, Bakı, Nizami
Veysəloğlu haqqında
- Aktiv vakansiya
- 8
- Son 6 ayda
- 35
- Əsas şəhər
- Bakı
Kimləri axtarır
- auditor
- mühasib
- koordinator
- şöbə müdiri
- hüquqşünas
Veysəloğlu vakansiyaları: hazırda GoJob-da 8 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən auditor, mühasib, koordinator, şöbə müdiri və hüquqşünas vəzifələrinə işçi axtarır. Son 6 ayda Veysəloğlu şirkətində iş üçün 35 vakansiya dərc olunub. Veysəloğlu işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.
Veysəloğlu: bütün vakansiyalar (8)«Biznesə nəzarət və Analitika Departament müdiri» vakansiyası haqqında suallar
Veysəloğlu hansı şərtləri təklif edir?
- İşçi və onun ailə üzvləri üçün özəl tibbi sığorta paketi.
- Əmək haqqı daxili prosedura və dərəcələndirmə sisteminə əsasən müəyyən edilir;
- İllik bonus İlin sonunda əldə olunan nəticələrə, KPI hədəflərinə əsasən;
Bu vəzifədə nə iş görəcəksiniz?
- Qrup üzrə biznes analitikası çərçivəsini və performansın idarə olunması sistemini qurmaq,standart hesabat strukturları, dashboard-lar və əməliyyat KPI-ları yaratmaq, pərakəndə və distribüsiya bizneslərinin performansını izləyərək rəhbərliyə strateji tövsiyələr vermək;
- Biznes nəzarəti və monitorinq mexanizmlərini gücləndirmək, büdcə-fakt və proqnoz-fakt təhlillərinə (gəlir, marja, xərclər, EBITDA, pul axını və dövriyyə kapitalı) rəhbərlik etmək, kənarlaşmaların səbəblərini araşdırıb düzəldici addımlar təklif etmək;
- İnvestisiya təkliflərini, CAPEX layihələrini, biznesin genişləndirilməsi və infrastruktur investisiyalarını qiymətləndirmək, texniki-iqtisadi əsaslandırmalar aparmaq, biznesin qiymətləndirilməsi və investisiya sonrası performansı izləmək;
İş qrafiki necədir?
Məşğulluq növü: Tam ştat.
Uzaqdan işləmək olarmı?
Xeyr, iş ofisdədir.
İş harada yerləşir?
Bakı, Nizami.
Necə müraciət etmək olar?
«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.