Brand Activation & Partnerships Specialist
Apar (Bike-Sharing Startup)Bakıda brand activation partnerships specialist vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 12 noyabr 2026
- Son müraciət tarixi
- 12 dekabr 2026
- Kateqoriya
- Marketinq və PR
Vakansiya haqqında
Apar (Bike-Sharing Startup) Bakıda «Brand Activation Partnerships Specialist» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifə öhdəlikləri:
- Yeni tərəfdaşların axtarışı, potensial əməkdaşlıq imkanlarının araşdırılması və işgüzar görüşlərin təşkili;
- Brendin tanıdılması və bazarda mövqeyinin gücləndirilməsi üçün kreativ marketinq ideyalarının hazırlanması və həyata keçirilməsi;
- Tədbir, festival, promoaksiya və digər marketinq aktivliklərinin planlaşdırılması və təşkilində iştirak;
- Şirkətin tədbirlərdə və tərəfdaş görüşlərində peşəkar şəkildə təmsil olunması;
- Sponsorluq, barter və digər əməkdaşlıq layihələri üzrə təkliflərin hazırlanması və danışıqların aparılması;
- Yeni biznes və tərəfdaşlıq imkanlarının müəyyən edilməsi və inkişaf etdirilməsi;
- Sosial media trendlərinin izlənilməsi və uyğun ideyaların real marketinq layihələrinə çevrilməsi;
- Bir neçə layihənin paralel idarə edilməsi və icrasına nəzarət.
Namizədə tələblər:
- Yaş: 22-30
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Kreativ və strateji düşünmə qabiliyyəti;
- Yüksək təşkilatçılıq və koordinasiya bacarığı;
- Problem həll etmə və operativ qərarvermə qabiliyyəti;
- Komandada işləmək və müstəqil fəaliyyət göstərmək bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
- İngilis və rus dillərini bilmək üstünlükdür;
- Görüşlərdə, tədbirlərdə və sahə fəaliyyətlərində aktiv iştirak etməyə hazır olmaq.
Əlavə üstünlüklər:
- Marketinq, PR, satış və ya Event Management sahəsində iş təcrübəsi;
- Tərəfdaşlıq, sponsorluq və barter layihələri üzrə təcrübə;
- Tədbir, festival və promoaksiyaların təşkilində iştirak;
- Sosial media və rəqəmsal marketinq trendləri haqqında məlumatlılıq.
İş şəraiti:
- Dinamik və inkişafyönümlü iş mühiti;
- Kreativ ideyaların həyata keçirilməsi və yeni layihələrdə iştirak imkanı;
- Peşəkar inkişaf və yeni əməkdaşlıqlar qurmaq fürsəti.
- Iş rejimi: 5 günlük, 09.00-18.00
- Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müəyyən ediləcək.
Qeyd: Müvafiq sahədə təcrübəsi olmayan, lakin yüksək motivasiyaya, təşəbbüskarlığa, güclü kommunikasiya bacarığına və kreativ düşüncəyə malik namizədlərin müraciətləri də nəzərdən keçiriləcəkdir.
CV-nizi mövzu hissəsində “Brand Activation & Partnerships Specialist” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.