Əsas məzmuna keç
GoJob

Call Center

Intermak GroupBakıda çağrı mərkəzi operatoru vakansiyası

Maaş: 600 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
23 oktyabr 2026
Son müraciət tarixi
22 noyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

Intermak Group Bakıda çağrı mərkəzi operatoru axtarır. Tam ştat, maaş 600 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş şəraiti

  • Ünvan: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti2360
  • İş rejimi: 6 günlük
  • İş saatları: Həftə içi : 09:30-17:30
  • 6-cı gün: 10:00-16:00
  • Nahar şirkət tərəfindən təmin olunur.

Vəzifə öhdəlikləri

  • Müştərilərdən daxil olan zənglərin cavablandırılması və müraciətlərin qeydə alınması;
  • Servis xidmətləri, ehtiyat hissələri və məhsullar barədə müştərilərə ətraflı məlumat verilməsi;
  • Müştərinin sorğusuna əsasən uyğun ehtiyat hissəsinin müəyyənləşdirilməsi və mövcudluğu barədə məlumatın təqdim edilməsi;
  • Ehtiyat hissələrinin kodu, modeli, uyğunluğu və texniki xüsusiyyətləri barədə məlumatların yoxlanılması;
  • Məhsul və ehtiyat hissələrinin qiymətləri barədə müştərilərin məlumatlandırılması;
  • Servisə qəbul, təmir prosesi və görüləcək işlərlə bağlı müştərilərin yönləndirilməsi;
  • Ehtiyac yarandıqda müştəri müraciətlərinin servis ustalarına və aidiyyəti əməkdaşlara yönləndirilməsi;
  • Sifariş və müraciətlərin sistemdə düzgün qeydiyyata alınması;
  • Müştərilərlə mütəmadi əlaqənin saxlanılması və müraciətlərin nəticəsinin izlənilməsi.

Namizədə tələblər

  • Bəy namizəd; (yaş arlığı-20-30yaş)
  • Servis sahəsi və ehtiyat hissələri üzrə anlayışın olması;
  • Ehtiyat hissələrinin növləri, təyinatı və uyğunluğu barədə texniki məlumatları öyrənmək və müştəriyə düzgün izah etmək bacarığı;
  • Texniki terminləri anlama və müştəriyə sadə formada izah etmə bacarığı;
  • Kompüter proqramlarında sərbəst işləmək bacarığı;
  • Güclü ünsiyyət və düzgün danışıq qabiliyyəti;
  • Diqqətli, məsuliyyətli və operativ olmaq;
  • Servis və ya ehtiyat hissələrinin satışı sahəsində iş təcrübəsi arzuolunandır.(minimum 1 il iş təcrübəsi)

Maaş: 600-800 Azn

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Intermak Group şirkətinin digər vakansiyaları

Intermak Group vakansiyaları