Əsas məzmuna keç
GoJob

Çağrı mərkəzi şöbəsi - Operator

Azera HoldingBakıda çağrı mərkəzi operatoru vakansiyası

Maaş: 650 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
30 sentyabr 2026
Son müraciət tarixi
30 oktyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

Azera Holding Bakıda çağrı mərkəzi operatoru axtarır. Tam ştat, maaş 650 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

“Azera Holdinq” Çağrı mərkəzi şöbəsinə Operator vəzifəsinə vakansiya elan edir.

Əsas vəzifələr:

  • Daxil olan zənglərin vaxtında və nəzakətli şəkildə cavablandırılması
  • Müştərilərə xidmətlər, ünvanlar, iş saatları və digər zəruri məlumatlar barədə düzgün məlumat verilməsi
  • Müştəri müraciətlərinin, sual və şikayətlərinin qəbul edilməsi və aidiyyəti üzrə yönləndirilməsi
  • Zəng zamanı əldə olunan məlumatların CRM və ya müvafiq sistemdə düzgün qeydiyyata alınması
  • Buraxılmış zənglər üzrə geri dönüşlərin həyata keçirilməsi
  • Müştəri ilə ünsiyyət zamanı etik davranış və xidmət standartlarına riayət edilməsi
  • Daxili şöbələr və biznes vahidləri ilə koordinasiyanın təmin edilməsi
  • Müraciətlərin statusunun izlənilməsi və zərurət yarandıqda məsul şəxslərə məlumat verilməsi

Tələblər:

  • Təhsil: Orta və ya ali
  • Əlavə təlim/sertifikasiyası:
  • İş təcrübəsi (il, sahə): 1 ildən yuxarı
  • Dil bilikləri: Yüksək səviyyədə yazılı və şifahi Azərbaycan/Rus dili
  • Kompüter proqramlarının biliyi: MS Office proqramları üzrə ilkin biliklər, CRM və çağrı mərkəzi proqramları ilə işləmək bacarığı üstünlükdür.
  • Səlis və düzgün ünsiyyət qurma bacarığı
  • Müştəriyönümlü yanaşma
  • Diqqətli və məsuliyyətli olmaq
  • Çevik qərarvermə bacarığı
  • Stressə davamlılıq
  • Komandada işləmə bacarığı
  • Məlumatları düzgün və vaxtında qeyd etmək bacarığı
  • Cinsi/yaşı: Cinsi fərq etmir / 20–35 yaş
  • Vəzifənin icrası üçün sağlamlıq vəziyyəti iş rejiminə uyğun olmalıdır
  • Növbəli və dinamik iş mühitində çalışmaq imkanına malik olmalıdır
  • Şirkətin daxili nizam-intizam qaydalarına riayət etməyə hazır olmalıdır
  • Xidmət sahəsində qəbul edilmiş etik davranış normalarına uyğun davranmalıdır
  • Verilən təlimat və prosedurları mənimsəmək və gündəlik iş prosesində tətbiq etmək bacarığı olmalıdır
  • İş zamanı konfidensial məlumatların qorunmasına məsuliyyətlə yanaşmalıdır
  • Davamlı öyrənməyə və xidmət keyfiyyətinin artırılması üzrə təlimlərdə iştirak etməyə açıq olmalıdır
  • İş prosesində rəhbərlik və aidiyyəti struktur bölmələri ilə düzgün işgüzar münasibət qurmağı bacarmalıdır

Biz təklif edirik

  • Əmək haqqı: 650 AZN (Net)
  • İş yeri: Ələsgər Qayıbov 1222
  • həftədə 6 gün, Saat 12:00–20:00

Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Operator” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Azera Holding şirkətinin digər vakansiyaları

Azera Holding vakansiyaları