Əsas məzmuna keç
GoJob

Çilingər

Motor Clinic MMCBakıda çilingər vakansiyası

Maaş: 1.000 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
17 sentyabr 2026
Son müraciət tarixi
17 oktyabr 2026

Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə vakansiyalar

Vakansiya haqqında

Motor Clinic MMC Bakıda çilingər axtarır. Tam ştat, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Minik avtomobillərinin texniki xidməti və təmiri sahəsində fəaliyyət göstərən şirkətimiz Peşəkar Çilingər vəzifəsi üzrə əməkdaş axtarır.

Namizədə avtomobil təmiri sahəsində ən azı 1–15 il iş təcrübəsi, həmçinin mexanika üzrə güclü texniki bilik və praktik bacarıqlar tələb olunur.

Vəzifə öhdəlikləri

  • Minik avtomobillərində yaranan nasazlıqların diaqnostikası və texniki problemlərin aradan qaldırılması;
  • Mexaniki qovşaq və hissələrin təmiri, zərurət yarandıqda dəyişdirilməsi;
  • Müntəzəm texniki baxış və profilaktik təmir işlərinin həyata keçirilməsi;
  • Təmir və texniki xidmət zamanı avadanlıqlardan təhlükəsizlik qaydalarına uyğun istifadə edilməsi;
  • Görülən işlərin keyfiyyətli və vaxtında icrasının təmin olunması.

Namizədə tələblər

  • Avtomobil təmiri sahəsində minimum 1–15 il iş təcrübəsi;
  • Mexanika üzrə möhkəm texniki bilik və praktiki bacarıqlar;
  • Peşə və ya müvafiq sahə üzrə diplomun olması üstünlükdür;
  • Məsuliyyətli və intizamlı iş prinsipi;
  • Komandada işləmək bacarığı;
  • İşinə ciddi, diqqətli və məsuliyyətli yanaşma.

İş şəraiti

  • İş qrafiki: həftənin 6 günü, 09:00–18:00 və ya 10:00-19:00
  • Əmək haqqı: 1000 AZN+, namizədin təcrübə və peşəkar bacarıqlarına uyğun olaraq müəyyən edilir;
  • İş yeri: Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi 30D

Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.

Oxşar vakansiyalar