Cost Control köməkçisi
BlackRock Energy and Infrastructure LLCBakıda cost control köməkçisi vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 13 oktyabr 2026
- Son müraciət tarixi
- 12 noyabr 2026
- Kateqoriya
- Maliyyə və Bank
Vakansiya haqqında
BlackRock Energy and Infrastructure LLC Bakıda «Cost Control köməkçisi» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Əsas öhdəliklər:
- Podratçı və təchizatçılardan gələn İcra Aktları, Forma-2 və Ödəniş Sertifikatlarını (IPC) qəbul etmək, ilkin yoxlamadan keçirib reyestrə daxil etmək.
- Qaimə, faktura və satınalma sifarişlərinin (PO) müvafiq xərc kodlarına düzgün oturmasına nəzarət etmək.
- Layihənin gündəlik və həftəlik xərc bazasını (Excel tracking sheet) yeniləmək.
- Faktiki xərclərlə smeta/büdcə arasındakı fərqləri izləmək, kənaraçıxmalar haqqında ilkin məlumatı rəhbərə ötürmək.
- Təchizat komandası ilə əlaqədə olaraq gözlənilən xərcləri (Commitments) izləmək.
- Aylıq xərc hesabatlarının hazırlanmasında və sənədlərin arxivlənməsində komandaya köməklik göstərmək.
Tələblər:
- Təhsil: Maliyyə, Kommersiya, İqtisadiyyat və ya digər uyğun sahələr üzrə ali təhsil (yeni məzunlar müraciət edə bilər).
- İş təcrübəsi: Tələb olunmur.
- Kompyuter bilikləri: MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.