Əsas məzmuna keç
GoJob

Cost Control üzrə mütəxəssis

Başkent Restoranlar ŞəbəkəsiBakıda cost control üzrə mütəxəssis vakansiyası

Maaş: 1.000 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
5 noyabr 2026
Son müraciət tarixi
5 dekabr 2026

Bakı şəhərində Maliyyə, Bank və Sığorta üzrə vakansiyalar

Vakansiya haqqında

Başkent Restoranlar Şəbəkəsi Bakıda «Cost Control üzrə mütəxəssis» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri

  • Restoranın içki və yemək menyusundakı bütün məhsulların dəqiq costunun hesablanması
  • R-Keeper proqramında costu təsdiq olunmuş yeməklərin sistemə əlavə edilməsi.
  • Məhsulların maya dəyərinin və sərfiyyat göstəricilərinin yoxlanılması.
  • Anbar qalıqlarının, məhsul hərəkətinin və inventarizasiya nəticələrinin yoxlanılması.
  • Yeməklərin reseptura və kalkulyasiya kartlarının düzgünlüyünə nəzarət edilməsi.
  • Faktiki məhsul sərfiyyatının normativ göstəricilərlə müqayisə edilməsi.
  • Məhsul itkiləri və uyğunsuzluqların müəyyən edilməsi.
  • Gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması.

Namizədə tələblər

  • Mühasibatlıq üzrə güclü nəzəri və praktiki biliklər.
  • R-Keeper, 1C, Excell proqramlarını yaxşı səviyyədə bilmək.
  • Maya dəyərinin hesablanması və kalkulyasiya üzrə güclü praktiki və nəzəri biliklər.
  • Analitik düşünmə və rəqəmlərlə işləmək bacarığı.
  • Diqqətli, məsuliyyətli və dəqiq olmaq.

İş şəraiti

  • Əməkhaqqı: 1000–1200 AZN.
  • İş qrafiki: 6 günlük iş qrafiki.

Uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim etmələri xahiş olunur.

Başkent Restoranlar Şəbəkəsi şirkətinin digər vakansiyaları

Başkent Restoranlar Şəbəkəsi vakansiyaları