Daşınmaz Əmlak üzrə baş mütəxəssis (Bölgələr üzrə)
Azersun HoldingBakıda daşınmaz əmlak agenti vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 16 noyabr 2026
- Baxış
- 716
- Müraciət
- 57
- Son müraciət tarixi
- 16 dekabr 2026
- Kateqoriya
- Tikinti və Daşınmaz Əmlak
Vakansiya haqqında
Azersun Holding Bakıda daşınmaz əmlak agenti axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Azersun Holding-ə daxil olan Al Market MMC pərakəndə satış sektorunda fəaliyyətini genişləndirərək müştərilərinə keyfiyyətli məhsul və xidmət təqdim edir.
Hazırda Al Market MMC-nin genişlənən fəaliyyətinə dəstək məqsədilə komandamıza Daşınmaz Əmlak üzrə baş mütəxəssis (Bölgələr üzrə) vəzifəsinə peşəkar əməkdaş axtarırıq.
Əsas vəzifə öhdəlikləri
- Bölgələr üzrə yeni mağazaların açılışı üçün potensial ərazilərin və obyektlərin araşdırılması;
- Yeni obyektlərin yerləşmə mövqeyinin, sahəsinin, infrastrukturunun və kommersiya baxımından əlverişliliyinin qiymətləndirilməsi;
- Daşınmaz əmlak sahibləri və icarəyəverənlərlə danışıqların aparılması;
- İcarə şərtlərinin müzakirəsi və razılaşdırılması prosesində iştirak;
- Yeni mağazalar üçün uyğun obyektlərin seçilməsi və təkliflərin hazırlanması;
- Mövcud mağazaların icarə müqavilələrinin müddətinə nəzarət edilməsi və müqavilələrin uzadılması prosesinin koordinasiyası;
- Obyektlərə mütəmadi baxışların keçirilməsi, mövcud problemlərin müəyyənləşdirilməsi və həlli istiqamətində tədbirlərin görülməsi;
- Yeni mağazaların açılışı, mövcud mağazaların köçürülməsi və bağlanması proseslərində aidiyyəti struktur bölmələrlə koordinasiyanın təmin edilməsi;
- Daşınmaz əmlak obyektləri üzrə məlumat bazasının aparılması və müvafiq hesabatların hazırlanması;
- Bölgələr üzrə daşınmaz əmlak bazarının araşdırılması və potensial inkişaf imkanlarının müəyyən edilməsi.
Namizədə dair tələblər
- Ali təhsil;
- Daşınmaz əmlak, əmlak idarəetməsi, icarə və ya satış sahəsində iş təcrübəsi arzuolunandır;
- Danışıqlar aparmaq və işgüzar münasibətlər qurmaq bacarığı;
- Analitik düşünmə və qərarvermə qabiliyyəti;
- MS Office proqramları ilə işləmək bacarığı;
- B kateqoriyalı sürücülük vəsiqəsi;
- Bölgələr üzrə ezamiyyətlərə hazır olmaq;
- Yüksək ünsiyyət və təşkilatçılıq bacarığı;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
İş şəraiti və üstünlüklər
- İş yeri: Azərbaycan Respublikasının bölgələri;
- İş qrafiki: 5 günlük iş həftəsi;
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Daşınmaz Əmlak üzrə baş mütəxəssis (Bölgələr üzrə)” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.