Əsas məzmuna keç
GoJob

Baş Data Analitik

PAŞA Həyat SığortaBakıda data analitik vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
4 noyabr 2026
Son müraciət tarixi
4 dekabr 2026

Bakı şəhərində İnformasiya Texnologiyaları üzrə vakansiyalar

Vakansiya haqqında

PAŞA Həyat Sığorta Bakıda data analitik axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Təsvir

  • Sığorta məhsulları üzrə mütəmadi və ad-hoc analitik hesabatların hazırlanması;
  • Sığorta məhsulları üzrə data analitikasının aparılmasında iştirak edilməsi;
  • Biznes tərəflərlə (məhsul, aktuar və satış komandaları) əməkdaşlıq edərək analitik tələblərin müəyyənləşdirilməsi;
  • Mövcud hesabat və dashboard-ların keyfiyyətinə nəzarət edilməsi, təkrarlanan və lazımsız hesabatların aşkarlanması və konsolidasiyası;
  • Yeni dashboard-ların data modelinin qurulması mərhələsindən başlayaraq hazırlanması;
  • Satış lidlərinin keyfiyyət və konversiya göstəriciləri üzrə təhlil edilməsi, zəif performans göstərən kanalların və seqmentlərin müəyyənləşdirilməsi;
  • Kiçik analitiklərin işlərinin nəzərdən keçirilməsi və onların peşəkar inkişafına dəstək göstərilməsi;
  • Kompleks SQL sorğularının yazılması və performansının optimallaşdırılması;
  • Power BI dashboard-larının hazırlanması, yenilənməsi və texniki dəstəyinin təmin edilməsi.

Tələblər

  • İş təcrübəsi: Müvafiq sahə üzrə 3–5 il iş təcrübəsi;
  • Təhsil: Riyaziyyat, statistika, iqtisadiyyat, aktuar elmləri və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
  • Dil bilikləri: İngilis dili- yaxşı; Rus dili- yaxşı;
  • Üstünlüklər: Sığorta sektorunda iş təcrübəsinin olması;

Kompüter və texniki biliklər:

  • MS Excel – əla səviyyədə;
  • Power BI – əla səviyyədə;
  • MS SQL (T-SQL) – əla səviyyədə;
  • Python – əla səviyyədə.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Biz nə təklif edirik: Əməkdaş və ailə üzvləri üçün geniş tibbi sığorta paketləri, kritik xəstəliklərə qarşı Korporativ Həyat Sığortası, fərdi inkişaf planı üzrə təlim imkanları, ödənişsiz dayanacaq, “Dəyərlisən” platforması vasitəsilə xüsusi güzəşt və endirimlər, idman və sağlamlıq xidmətlərindən istifadə imkanları\. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

PAŞA Həyat Sığorta şirkətinin digər vakansiyaları

PAŞA Həyat Sığorta vakansiyaları