Daxili təmir-tamamlama işləri üzrə menecer (Ağdərə)
North WestBakıda daxili təmir-tamamlama işləri üzrə menecer vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 23 noyabr 2026
- Baxış
- 644
- Müraciət
- 53
- Son müraciət tarixi
- 23 dekabr 2026
- Kateqoriya
- Mühəndislik və Texniki işlər
Bakı şəhərində Mühəndislik və Texniki işlər üzrə iş elanları
Vakansiya haqqında
North West Bakıda «Daxili təmir-tamamlama işləri üzrə menecer» vəzifəsinə işçi axtarır. Tam ştat, ofisdə iş. Müraciət e-poçtla, birbaşa işəgötürənə.
Vəzifə öhdəlikləri:
- Layihə çərçivəsində daxili təmir-tamamlama işlərinin ümumi idarə edilməsini və icrasına nəzarəti həyata keçirmək;
- Təsdiq edilmiş layihə sənədlərinə, iş qrafikinə və texniki tələblərə uyğun olaraq işlərin planlaşdırılmasını və təşkilini təmin etmək;
- Təmir-tamamlama işləri üzrə iş planlarının, icra qrafiklərinin və prioritetlərin müəyyən edilməsini təşkil etmək;
- Tabeliyində olan əməkdaşların, sahə mühəndislərinin, briqadaların və podratçı təşkilatların fəaliyyətini idarə etmək və koordinasiya etmək;
- Layihə üzrə müəyyən edilmiş müddət, büdcə və keyfiyyət göstəricilərinin təmin olunmasına nəzarət etmək;
- Görülən işlərin layihə sənədlərinə, texniki spesifikasiyalara və müvafiq tikinti standartlarına uyğunluğunu təmin etmək;
- İşlərin icrası zamanı yaranan texniki və təşkilati problemləri qiymətləndirmək, operativ qərarlar qəbul etmək və müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Material, texnika, əmək resursları və digər zəruri resursların səmərəli planlaşdırılmasını və istifadəsini təşkil etmək;
- Material sifarişlərinin, sərfiyyatın və görülən iş həcmlərinin nəzarətdə saxlanılmasını təmin etmək;
- Podratçıların iş həcmlərini, icra müddətlərini və müqavilə öhdəliklərinin yerinə yetirilməsini izləmək;
- Layihə üzrə texniki sənədlərin, görülmüş işlərin aktlarının, hesabatların və digər icra sənədlərinin hazırlanmasını və yoxlanılmasını təşkil etmək;
- Layihə dəyişikliklərinin qiymətləndirilməsində, razılaşdırılmasında və icrasının təşkilində iştirak etmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi tələblərinə riayət olunmasını təmin etmək;
- Layihənin icra vəziyyəti, qarşıya çıxan risklər, görülmüş işlər və növbəti mərhələlər barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
- İş proseslərinin optimallaşdırılması və layihənin səmərəli icrası istiqamətində təkliflər vermək.
Namizədə dair tələblər:
- İnşaat mühəndisliyi, mülki tikinti və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Tikinti və təmir-tamamlama sahəsində minimum 5-7 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə ən azı 2-3 il idarəetmə və ya rəhbər vəzifədə iş təcrübəsi;
- Daxili təmir-tamamlama işlərinin texnologiyaları, mərhələləri və icra ardıcıllığı üzrə mükəmməl bilik;
- Tikinti layihələrinin idarə edilməsi, planlaşdırılması və icrasına nəzarət sahəsində praktiki təcrübə;
- Layihə sənədlərini, işçi çertyojları, texniki spesifikasiyaları və smeta sənədlərini oxuma və təhlil etmə bacarığı;
- İş qrafiklərinin hazırlanması, resursların planlaşdırılması və iş həcmlərinin idarə edilməsi bacarığı;
- Podratçıların, texniki heyətin və işçi qruplarının idarə edilməsi və koordinasiyası təcrübəsi;
- Tikinti norma və qaydaları, keyfiyyətə nəzarət və əməyin mühafizəsi üzrə biliklər;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı, AutoCAD və MS Project bilikləri üstünlükdür;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, ingilis dili biliyi üstünlükdür;
- Liderlik, təşkilatçılıq, analitik düşünmə və effektiv kommunikasiya bacarıqları;
- Operativ qərarvermə, problem həll etmə və komandanı idarəetmə bacarığı;
- Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
Muraciətinizi [email protected] və ya [email protected] elektron poçt ünvanlarına “Fit-out işləri üzrə menecer (Ağdərə r.)” başlığı ilə göndərməklə edə bilərsiniz.
North West haqqında
- Aktiv vakansiya
- 11
- Son 6 ayda
- 52
- Əsas şəhər
- Bakı
Kimləri axtarır
- layihə mühəndisi
- sürücü
- resepşionist
- memar
- SƏTƏM üzrə mütəxəssis
North West vakansiyaları: hazırda GoJob-da 11 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən layihə mühəndisi, sürücü, resepşionist, memar və SƏTƏM üzrə mütəxəssis vəzifələrinə işçi axtarır. Son 6 ayda North West şirkətində iş üçün 52 vakansiya dərc olunub. North West işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.
North West: bütün vakansiyalar (11)«Daxili təmir-tamamlama işləri üzrə menecer (Ağdərə)» vakansiyası haqqında suallar
İş qrafiki necədir?
Məşğulluq növü: Tam ştat.
Uzaqdan işləmək olarmı?
Xeyr, iş ofisdədir.
İş harada yerləşir?
Bakı.
Necə müraciət etmək olar?
«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.