Əsas məzmuna keç
GoJob

Digital specialist

İNEO GROUPBakıda digital specialist vakansiyası

Maaş: 1.000 ₼-dən / ay

Yerləşmə
Bakı, Nəsimi
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
16 oktyabr 2026
Son müraciət tarixi
15 noyabr 2026
Kateqoriya
Marketinq

Bakı şəhərində Marketinq üzrə vakansiyalar

Vakansiya haqqında

İNEO GROUP Bakının Nəsimi rayonunda «Digital specialist» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

INEO Group – uşaqlar və böyüklər üçün Avropa brendlərini təqdim edən gənc və dinamik inkişaf edən pərakəndə satış şirkətidir. Şirkətin portfelinə yüksək keyfiyyət, qüsursuz standartlar və Avropa üslubunu birləşdirən Jacadi, Yves Rocher və Mayoral brendləri daxildir.

Vəzifə öhdəlikləri:

  • Hədəf auditoriyanın təhlili və istehlakçı davranışlarının öyrənilməsi; 
  • Rəqəmsal mühitdə irəliləmə strategiyasının hazırlanması; 
  • Kommunikasiya kanallarının müəyyən edilməsi (sosial şəbəkələr, kontekst reklamı, e-mail marketinq və s.); 
  • SEO/SEM optimizasiyasının həyata keçirilməsi (meta teqlər, sayt strukturu, açar sözlər); 
  • Reklam kampaniyalarının qurulması və idarə olunması (Google Ads, Meta Ads və s.); 
  • Françayzerlərin brend qaydalarına riayət olunması; 
  • Sayt trafikinin artırılması strategiyalarının hazırlanması; 
  • Müştəri cəlbetmə dəyərinin (CAC), ROMI göstəricisinin (birbaşa satışlar nəzərə alınmadan), göstərim və əhatə dəyərinin hesablanması; 
  • Abunəçi və izləyici sayının artırılması strategiyalarının hazırlanması; 
  • Reklam kampaniyalarının optimallaşdırılması; 
  • Digital bazarın və texnologiyaların monitorinqi; 
  • Biznes üçün yeni həllər və alətlərin təklif olunması; 
  • Marketinq strategiyasının və marketinq planının hazırlanması; 
  • Büdcə, auditoriya xüsusiyyətləri və məhsulun spesifikasına uyğun prioritet reklam kanallarının seçilməsi. 

Tələblər:

  • Satış sahəsində (kosmetik, geyim və s.) 2–5 il iş təcrübəsi; 
  • Rus və ingilis dillərini bilmək üstünlükdür; 
  • E-commerce (elektron ticarət) sahəsində praktiki təcrübə; 
  • SEO, Google Ads, Meta Analytics, GA4 və Shopify üzrə biliklər; 
  • Excel proqramını yüksək səviyyədə bilmək; 
  • Böyük həcmli məlumatlarla işləmək bacarığı; 
  • Diqqətlilik, məsuliyyətlilik, kreativlik və nəticəyönümlülük; 
  • İşini müstəqil planlaşdırmaq və nəticəyə görə məsuliyyət daşımaq bacarığı; 
  • Çoxsaylı tapşırıqlar şəraitində komanda ilə işləmək bacarığı. 

Şərtlər:

  • Əmək haqq: 1000 AZN; 
  • Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; 
  • İş qrafiki: 08:00–17:00, həftədə 5 iş günü. 

Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

İNEO GROUP şirkətinin digər vakansiyaları

İNEO GROUP vakansiyaları