Əsas məzmuna keç
GoJob

Direktor köməkçisi / assistenti

myfilter.azBakıda direktor köməkçisi vakansiyası

Maaş: 1.000 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
17 oktyabr 2026
Son müraciət tarixi
16 noyabr 2026

Bakı şəhərində İnsan Resursları üzrə vakansiyalar

Vakansiya haqqında

myfilter.az Bakıda direktor köməkçisi axtarır. Tam ştat, maaş 1 000 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Əməkhaqqı 1000 AZN + (Müsahibə əsasında namizədin bilik və dil səviyyəsinə uyğun müəyyən ediləcək)

İşin Təsviri və Öhdəliklər:

  • Direktorun gündəlik iş qrafikinin (görüşlər, zənglər, qəbullar) planlaşdırılması və yüksək səviyyədə idarə edilməsi;
  • Şirkətdaxili sənəd dövriyyəsinin, hesabatların və tərcümə tələb edən rəsmi sənədlərin (müqavilələr, invoyslar, spesifikasiyalar) hazırlanması;
  • Beynəlxalq və yerli rəsmi görüşlərin, iclasların təşkili və protokollaşdırılması;
  • Hüquqi, kommersiya və gömrük/logistika sənədlərinin arxivləşdirilməsi və nəzarətdə saxlanılması.

Namizədə dair Tələblər:

  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərində mükəmməl yazı, oxu və şifahi danışıq bacarığı;
  • İş təcrübəsi: İstehsalat, ticarət və ya logistika sahəsində fəaliyyət göstərən şirketlərdə müvafiq vəzifə (Asistent, Köməkçi və ya Ofis meneceri) üzrə minimum 1-2 il iş təcrübəsi;
  • Təhsil: Ali təhsil (Biznesin idarə edilməsi, Dilçilik, Beynəlxalq münasibətlər və ya müvafiq sahələr üzrə);
  • Kompüter bilikləri: MS Office (Word, Excel, Outlook) proqramları ilə yüksək səviyyədə işləmək bacarığı;
  • Şəxsi keyfiyyətlər: Yüksək ünsiyyət və analitik düşünmə bacarığı, operativlik, detallara diqqətlilik, çoxşaxəli tapşırıqları idarəetmə (multitasking) və konfidensiallığın qorunması prinsiplərinə sadiqlik.

Biz Nə Təklif Edirik?

  • Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun tam rəsmiləşdirilmə;
  • Peşəkar korporativ mühit və dinamik istehsalat/satış komandası;
  • Karyera yüksəlişi və şəxsi inkişaf imkanları.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə +994 50 548 64 76

myfilter.az şirkətinin digər vakansiyaları

myfilter.az vakansiyaları