Nəqliyyat üzrə dispetçer
Az - Granata LLCBakıda dispetçer vakansiyası
Maaş: 900 ₼-dən / ay
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 14 oktyabr 2026
- Son müraciət tarixi
- 13 noyabr 2026
- Kateqoriya
- Logistika və Nəqliyyat
Vakansiya haqqında
Az - Granata LLC Bakıda dispetçer axtarır. Tam ştat, maaş 900 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.
Vəzifəyə aid öhdəliklər:
- Müəssisənin nəqliyyat vasitələrinin gündəlik hərəkətini, iş qrafikini və marşrutlarını planlaşdırmaq və koordinasiya etmək;
- Nəqliyyat vasitələrini təyinatlar üzrə bölüşdürmək və sürücülərə gündəlik tapşırıqlar vermək;
- Sürücülərin işə çıxışını və tapşırıqların vaxtında icrasını izləmək;
- Nəqliyyat vasitələrinin yüklənmə-boşaldılma prosesini və təyinat məntəqələrinə vaxtında çatdırılmasını koordinasiya etmək;
- Marşrutlar üzrə gecikmə, nasazlıq və digər problemləri operativ şəkildə həll etmək və aidiyyəti şəxsləri məlumatlandırmaq;
- Yanacaq sərfiyyatı, yürüş, yol vərəqələri və digər nəqliyyat məlumatlarının uçotunu aparmaq və hesabatlar hazırlamaq;
- Nəqliyyat vasitələrinin texniki baxış və təmir proseslərini aidiyyəti şəxslərlə koordinasiya etmək;
- Sürücülər üçün elektron sistemlərdə etibarnamələrin hazırlanmasını təmin etmək və nəqliyyat vasitələrinin səmərəli istifadəsinə nəzarət etmək.
Namizədə tələblər:
- Ali və ya orta ixtisas təhsili; logistika, nəqliyyat, idarəetmə və ya müvafiq sahə üzrə təhsil üstünlükdür.
- Nəqliyyat və ya logistika sahəsində ən azı 1 il iş təcrübəsi.
- Nəqliyyat vasitələrinin, marşrutların və sürücülərin işinin koordinasiyası üzrə praktiki biliklər.
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı.
- MS Office, xüsusilə Excel proqramında işləmək bacarığı.
- Operativ qərar qəbul etmək və yaranan problemləri çevik həll etmək bacarığı.
- Sürücülərlə və digər struktur bölmələrlə düzgün kommunikasiya qurmaq bacarığı.
- Yüksək məsuliyyətlilik, diqqətlilik və intizamlılıq.
- Stressli və intensiv iş şəraitində işləmək bacarığı.
- GPS/nəqliyyat izləmə sistemləri ilə işləmək bacarığı üstünlükdür.
- Nəqliyyat vasitələrinin texniki vəziyyəti ilə bağlı ilkin anlayışın olması üstünlükdür.
İş şəraiti:
- İş yeri – Ağsu şəhəri;
- Həftə içi 5 günlük iş qrafiki;
- Ağsu şəhərinə yaxın ərazilərdə yaşayan namizədlərə üstünlük veriləcəkdir;
- Gecələmə və qidalanma şirkət tərəfindən qarşılanmır;
- Əmək haqqı 900 – 1,000 Azn aralığındadır. Dəqiq məbləğ namizədin bilik və təcrübəsi əsasında müəyyən olunacaqdır.
Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.