Əsas məzmuna keç
GoJob

Dizayner

Bakıda dizayner vakansiyasıGardashlar Mebel

Maaş: 1.200 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
13 oktyabr 2026
Son müraciət tarixi
12 noyabr 2026

Bakı şəhərində Dizayn və Yaradıcılıq üzrə vakansiyalar

Vakansiya haqqında

Gardashlar Mebel Bakıda dizayner axtarır. Tam ştat, maaş 1 200 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

“Qardaşlar Mebel” QSC şirkətinə Dizayner tələb olunur!

İş şəraiti

  • İş qrafiki: 6 günlük, Bazar günü istirahət günüdür
  • İş yeri: Bakı, Binəqədi r., Biləcəri qəs., Binəqədi şos. 8F
  • Əmək haqqı: İlk ay: 1200 AZN
  • İkinci aydan etibarən: 1500 AZN — namizədin təcrübəsi və peşəkar bacarıqları nəzərə alınmaqla müəyyən ediləcək.

Vəzifə öhdəlikləri:

  • Mebel layihələrinin hazırlanması və texniki çertyojların tərtibi
  • 2D və 3D modellərin hazırlanması və vizuallaşdırılması
  • AutoCAD və 3ds Max proqramlarında işlərin icrası
  • İstehsal üçün texniki sənədlərin hazırlanması
  • İstehsalat və dizayn komandası ilə koordinasiyalı işləmək
  • Ölçülərin dəqiq hesablanması və material seçiminə nəzarət
  • Layihələrin vaxtında və keyfiyyətli icrası
  • Müştəri tələblərinə uyğun mebel dizaynlarının hazırlanması və təqdim olunması
  • Mebel, avadanlıq və dekorasiya üçün uyğun material və brendlərin seçilməsi
  • Sifarişlər üzrə eskiz və işçi layihələrin hazırlanması

Tələblər:

  • Minimum 3 il iş təcrübəsi
  • AutoCAD proqramını mükəmməl səviyyədə bilmək (mütləq)
  • 3ds Max və digər 3D proqramlarda işləmə bacarığı
  • Eskiz və detallı çertyojların hazırlanması bacarığı
  • Komanda ilə işləmək bacarığı və məsuliyyətli yanaşma
  • Detallara diqqət və dəqiqlik
  • Verilən tapşırıqları vaxtında yerinə yetirmə bacarığı

Namizəd profili:

  • Nizam-intizamlı, məsuliyyətli və təşəbbüskar
  • Kollektivdə sağlam iş mühitinin formalaşmasına töhfə verən
  • Peşəkar inkişafda maraqlı və öyrənməyə açıq
  • Mebel istehsal texnologiyaları haqqında biliklərə malik

Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərməyiniz xahiş olunur.

Oxşar vakansiyalar