Əsas məzmuna keç
GoJob

Draftsman (Çertyojçu) – Memarlıq üzrə

Modern Construction GroupBakıda draftsman vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
13 noyabr 2026
Son müraciət tarixi
13 dekabr 2026

Bakı şəhərində Tikinti və Daşınmaz Əmlak üzrə vakansiyalar

Vakansiya haqqında

Modern Construction Group Bakıda «Draftsman» vəzifəsinə işçi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş şəraiti

  • İş yeri: Qış parkinin yanı
  • İş qrafiki: 09:00–18:00
  • Əmək haqqi musahibədə təyin olunur

Vəzifənin əsas məqsədi

  • Tikinti layihələri üzrə işçi çertyojların hazırlanması.
  • AutoCAD proqramında texniki çertyojların işlənməsi.
  • Plan, kəsik, fasad və konstruktiv detalların hazırlanması.
  • Layihə sənədlərində ölçü və texniki göstəricilərin düzgün tətbiq edilməsi.
  • Layihə üzrə dəyişikliklərin çertyojlarda əks etdirilməsi.
  • Tikinti sahəsindən daxil olan ölçülər əsasında çertyojların yenilənməsi.
  • As-built (faktiki icra vəziyyəti) çertyojlarının hazırlanması.
  • Layihə rəhbəri, mühəndislər və memarlarla koordinasiyalı işləmək.
  • Layihə sənədlərində texniki uyğunsuzluqların müəyyən edilməsi.
  • Çertyojların və texniki sənədlərin sistemli şəkildə arxivləşdirilməsi.

Namizədə tələblər

  • Ali  təhsil.
  • Tikinti və layihələndirmə sahəsində minimum 1-3 il iş təcrübəsi.
  • AutoCAD proqramında sərbəst işləmək bacarığı.
  • Tikinti çertyojlarını oxumaq və hazırlamaq bacarığı.
  • Revit və ya ArchiCAD bilikləri üstünlükdür.
  • Texniki sənədlərlə işləmək bacarığı.
  • Diqqətlilik, dəqiqlik və məsuliyyətlilik.
  • Komandada işləmək bacarığı.

CV-nizi mövzu hissəsində “Draftsman Memarliq üzrə” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Modern Construction Group şirkətinin digər vakansiyaları

Modern Construction Group vakansiyaları