Əsas məzmuna keç
GoJob
Vakansiyalara qayıt

Duty admin (İT Mütəxəssisi)

AzericardBakıda duty admin vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
3 sentyabr 2026
Baxış
680
Müraciət
30
Son müraciət tarixi
2 dekabr 2026

Bakı şəhərində İnformasiya Texnologiyaları üzrə iş elanları

Vakansiya haqqında

Azericard Bakıda «Duty admin» vəzifəsinə işçi axtarır. Tam ştat, ofisdə iş. Müraciət e-poçtla, birbaşa işəgötürənə.

“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: İnformasiya texnologiyaları üzrə mütəxəssis Duty admin (İT Mütəxəssisi)

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (texniki təhsil arzu olunandır);
  • IP şəbəkə, Cisco Avadanlıq üzrə ( Yönləndirmə protokolları, VLAN, NAT, Access-lists ) VMWare (VM və Hostların tətbiq olunması), Linux ( Şəbəkə interfeyslər, LVM, Redhat üzrə əsas conf- faylar və servislər ), Windows Server ( AD, DHCP, DNS ) üzrə başlanğıc biliklər və iş təcrübəsi;
  • İT sahəsində 1 ildən artıq iş təcrübəsi;
  • İşçilərin texniki dəstəyi;
  • İngilis və Rus dili bilikləri;
  • Texniki sənədlərin ingilis dilində oxunması və başa düşülməsi;
  • Verilmiş tapşırıqların həllinə kreativ yanaşma;
  • Komandada işləmək bacarığı, məsuliyyət, təşkilatçılıq, sərbəstlik və özünü inkişaf etdirməyə meyilli.

Vəzifə öhdəlikləri:

  • Şirkətin fəaliyyətində istifadə olunan sistemlərinin fəaliyyətinə nəzarət etmək;
  • İş fəaliyyətini daxili normativ sənədlərə (sistem siyahısı, siyasətlər, standartlar) müvafiq olaraq qurmaq və həyata keçirtmək;
  • Şirkətdə istifadə olunan avadanlıqlarının işində xətalar və ya sıradan çıxma halları olduqda onların bərpa olunması üçün operativ tədbirlər görmək;
  • Şirkətin əməkdaşlıq etdiyi təşkilatların (Banklar və xidmət göstərən şirkətlər) işçiləri tərəfindən yaranmış problem məsələləri həll etmək üçün operativ tədbirlər görmək;
  • Qəbul olunmuş tələbləri qeydiyyatdan keçirtmək, onların təhlilini aparmaq və departamentinin səlahiyyətli əməkdaşlarını məlumatlandırmaq;
  • İşçi stansiyalarının və şirkətin sistemlərinin istifadə olunmasında müəyyən edilmiş xətalar və görülmüş tədbirlər haqqında yuxarı rəhbərə vaxtında yazılı şəkildə məlumat vermək;
  • İşçi stansiyalarının və cavabdeh olduğu sistemlərin təhlükəsizliyini (informasiyaya icazəsiz girişdən müdafiə, sistem faylların və məlumatın baxış və ya dəyişdirilməsindən müdafiə) təmin etmək.

Maraqlanan namizədlərMüraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Qeyd: Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeyd: Növbəli iş rejimi (gecə növbəsi mövcuddur).

Azericard şirkətinin digər vakansiyaları

Azericard vakansiyaları

Azericard haqqında

Aktiv vakansiya
4
Son 6 ayda
13
Əsas şəhər
Bakı

Kimləri axtarır

  • çağrı mərkəzi operatoru
  • administrator
  • katibə

Azericard vakansiyaları: hazırda GoJob-da 4 aktiv vakansiya var, ən çoxu Bakıda. Şirkət əsasən çağrı mərkəzi operatoru, administrator və katibə vəzifələrinə işçi axtarır. Son 6 ayda Azericard şirkətində iş üçün 13 vakansiya dərc olunub. Azericard işə qəbul elanlarının hamısı şirkətin səhifəsindədir.

Azericard: bütün vakansiyalar (4)

«Duty admin (İT Mütəxəssisi)» vakansiyası haqqında suallar

İş qrafiki necədir?

Məşğulluq növü: Tam ştat; növbəli.

Uzaqdan işləmək olarmı?

Xeyr, iş ofisdədir.

İş harada yerləşir?

Bakı.

Necə müraciət etmək olar?

«Müraciət et» düyməsini basın: şirkətin e-poçtu açılacaq, CV-nizi ora göndərin.