Əsas məzmuna keç
GoJob

E-Ticarət (E-Commerce) Mütəxəssisi

Best-Tarim QSC (Beta Tea Azerbaijan)Bakıda e-ticarət mütəxəssisi vakansiyası

Maaş: 700 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
29 sentyabr 2026
Son müraciət tarixi
29 oktyabr 2026
Kateqoriya
Satış

Bakı şəhərində Satış üzrə vakansiyalar

Vakansiya haqqında

Best-Tarim QSC (Beta Tea Azerbaijan) Bakıda «E-Ticarət Mütəxəssisi» vəzifəsinə işçi axtarır. Tam ştat, maaş 700 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

BETA komandası olaraq e-ticarət fəaliyyətimizin inkişafı ilə əlaqədar E-Ticarət (E-Commerce) Mütəxəssisi axtarırıq.

Əsas vəzifə və öhdəliklər

  • Şirkətin veb-saytının admin panelində (OpenCart, WordPress və s.) işləmək;
  • E-ticarət platformalarında məhsulların yerləşdirilməsi və məlumatların mütəmadi yenilənməsi;
  • Yeni məhsulların sistemə əlavə edilməsi və məhsul kartlarının hazırlanması;
  • Məhsul adları, təsvirləri, qiymətləri, stok vəziyyəti və vizual materialların yenilənməsi;
  • Məhsulların e-ticarət platformalarında düzgün və tam şəkildə idarə olunması;
  • Onlayn sifarişlərin izlənilməsi və icra prosesinin koordinasiyasında iştirak;
  • Satış nəticələrinin izlənilməsi və müvafiq hesabatların hazırlanması;
  • E-ticarət proseslərinin fasiləsiz və səmərəli fəaliyyətinin təmin edilməsi.

Tələblər

  • Ali təhsil;
  • E-ticarət sahəsində minimum 1 il iş təcrübəsi;
  • OpenCart, WordPress və ya digər CMS platformaları ilə işləmə bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Excel üzrə yaxşı bilik;
  • Məhsul məlumatlarının sistemə daxil edilməsi və idarə olunması bacarığı;
  • Məsuliyyətli, diqqətli və analitik düşüncə qabiliyyətinə malik olmaq;
  • Komandada işləmək bacarığı;
  • Operativlik və detallara diqqət.

Qeyd: Bəy namizədlərə üstünlük verilir.

İş şərtləri

  • Əmək haqqı: 700 AZN NET + bonus
  • İş qrafiki: 6 günlük iş həftəsi, 08:30–17:30
  • İş yeri: Ziya Bünyadov prospekti 2061
  • Nahar şirkət tərəfindən qarşılanır

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilər və ya elektron poçt ünvanına göndərə bilərlər [email protected]

Best-Tarim QSC (Beta Tea Azerbaijan) şirkətinin digər vakansiyaları

Best-Tarim QSC (Beta Tea Azerbaijan) vakansiyaları