Əsas məzmuna keç
GoJob

Elektrik

Baku Hotel CompanyBakıda elektrik vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
20 oktyabr 2026
Son müraciət tarixi
19 noyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Baku Hotel Company Bakıda elektrik axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İşəgötürən: "Baku Hotel Company" QSC

Struktur bölmə: Mühəndislik şöbəsi

İş haqda məlumat:

  • İş rejimi: 5 gün, növbəli;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Tibbi sığorta;

Vəzifə tələbləri:

  • Təhsili/ixtisası: Elektrik sahəsində texniki təhsil;
  • İş təcrübəsi: Elektrik sahəsi üzrə ən azı 6 ay;
  • Dil biliyi: Azərbaycan dili;
  • Sertifikat/vəsiqə/lisenziya:  müvafiq istiqamət üzrə arzuolunandır;

Vəzifə öhdəlikləri:

  • İş təhlükəsizliyinə və SƏTƏM qaydalarına ciddi riayət etmək;
  • Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını və elektrik qurğularının quruluşunu bilmək;
  • Elektrik sxemlərini oxumaq bacarığı;
  • Elektrik xəttlərinin çəkilişi zamanı texnoloji ardıcılığının qorunub saxlanmasının təmin edilməsi;
  • Sxemlərə uyğun elektrik şəbəkələrinin montajının aparılması;
  • Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
  • Elektrik avadanlığı, kabel və hava şəbəkələrinin təcrübədən keçməsi metodlarına bələd olmaq;
  • Yüksək tezlikli qurğuların iş prinsiplərini bilmək;
  • Aşkar olunmuş nasazlıqların aradan qaldırılması;
  • Elektrik işlərinin normativ qaydalara uyğun və düzgün aparılması.

Müraciət etmək istəyən namizədlər mövzu hissəsində "Elektrik" qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Baku Hotel Company şirkətinin digər vakansiyaları

Baku Hotel Company vakansiyaları