Əsas məzmuna keç
GoJob

Elektrik - Azərbaycan Respublikasının Cəbrayıl rayonunda “Şəfəq Layihəsi”

Azfen MMCBakıda elektrik vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı, Səbail
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
28 sentyabr 2026
Son müraciət tarixi
28 oktyabr 2026
Kateqoriya
Mühəndislik

Bakı şəhərində Mühəndislik üzrə vakansiyalar

Vakansiya haqqında

Azfen MMC Bakının Səbail rayonunda elektrik axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri

  • Elektrik işləri üzrə verilmiş istehsalat tapşırıqlarını müvafiq norma, prosedur və keyfiyyət tələblərinə uyğun icra etmək;
  • İş yerində təhlükəsizliyin təmin olunması, elektrik alət və avadanlıqlarından təhlükəsizlik qaydalarına uyğun istifadə etmək;
  • Elektrik naqillərinin çəkilməsi, kabel tavalarının quraşdırılması, elektrik sxemləri üzrə birləşdirmə və bağlantı işlərini yerinə yetirmək;
  • Elektrik avadanlıqları, kabellər və bağlantılar üzərində sınaq işlərini aparmaq;
  • Elektrik avadanlıqlarının, naqillərin növləri, gərginlik mənbələri və onların texniki göstəriciləri barədə biliklərdən istifadə etmək;
  • İş sahəsini istehsalat tullantılarından təmiz saxlamaq və tullantıları müəyyən edilmiş qaydada toplamaq;
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın və elektrik təhlükəsizliyi qaydalarına ciddi riayət etmək.

Namizədə tələblər

  • Müvafiq sahə üzrə peşə təhsili və ya iş təcrübəsi;
  • Elektrik montaj işləri üzrə minimum 3 il iş təcrübəsi;
  • Elektrik sxemlərini oxuma və montaj işlərini yerinə yetirmə bacarığı;
  • Elektrik alət və avadanlıqları ilə işləmək bacarığı;
  • Komandada işləmək, məsuliyyətli və intizamlı olmaq;
  • Sahə şəraitində işləmək bacarığı.

Günəş paneli layihələrində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.

İş şəraiti

  • İş yeri: Cəbrayıl rayonu
  • İş qrafiki: 12 gün iş / 3 gün istirahət (08:00-18:00)
  • Nahar, yaşayış və servis şirkət tərəfindən təmin olunur.

Maraqlanan namizədlər “Müraciət et” düyməsinə klikləyərək şirkətin əlaqə məlumatlarını əldə edə, CV-lərini göstərilən elektron poçt ünvanına göndərə və ya qeyd olunan telefon nömrəsi vasitəsilə şirkətlə əlaqə saxlaya bilərlər.

Azfen MMC şirkətinin digər vakansiyaları

Azfen MMC vakansiyaları