Elektrik mühəndisi
Tam StoreBakıda elektrik mühəndisi vakansiyası
Maaş: Əmək haqqı göstərilməyib
- Yerləşmə
- Bakı
- İş formatı
- Ofisdən
- Məşğulluq növü
- Tam ştat
- Dərc olunub
- 26 oktyabr 2026
- Son müraciət tarixi
- 25 noyabr 2026
- Kateqoriya
- Mühəndislik
Vakansiya haqqında
Tam Store Bakıda elektrik mühəndisi axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.
Əsas vəzifə öhdəlikləri:
- Mağaza layihəsinə uyğun olaraq elektrik xətlərinin, işıqlandırma sistemlərinin və güc avadanlıqlarının çəkilişi və quraşdırılması işlərinin təşkilini və icrasını təmin etmək;
- Podratçı tərəfindən həyata keçirilən işlərin keyfiyyətinə, elektrik təhlükəsizliyi qaydalarına və təsdiq edilmiş iş qrafikinə uyğunluğuna birbaşa sahədə nəzarət etmək;
- Layihə üçün tələb olunan elektrik materiallarının (kabellər, avtomatlar, işıqlandırma cihazları, elektrik lövhələri və s.) keyfiyyətinə, texniki spesifikasiyalara və miqdarına uyğunluğunu yoxlamaq;
- Tamamlanmış elektrik sistemlərinin sınaqlarının (yük sınaqları, torpaqlama sisteminin yoxlanılması və s.) keçirilməsini təmin etmək, aşkar edilmiş nöqsanların aradan qaldırılmasına nəzarət etmək və obyektin təhvil-təslim prosesini həyata keçirmək;
- İşlərin gedişatı və tamamlanma müddətləri barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Elektrik sxemlərini və işçi layihələri sərbəst oxumaq, sahədə düzgün tətbiq etmək bacarığı;
- Daxili işıqlandırma sistemləri, güc paylama lövhələri (panolar) və torpaqlama sistemləri üzrə dərin biliklər;
- Elektrik təhlükəsizliyi norma və standartları barədə məlumatlılıq;
- Podratçılarla iş prosesində tələbkar və prinsipial yanaşma nümayiş etdirmək bacarığı;
- Diqqətlilik, detallara həssas yanaşma və nöqsanları vaxtında aşkar etmək bacarığı;
- Stressə davamlılıq və layihələrin müəyyən edilmiş müddətlərdə tamamlanmasını təmin etmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi:
- Ali təhsil (Müvafiq sahə üzrə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Sahə işlərinə və ezamiyyətlərə hazır olmaq;
- Avtomobil olması üstünlükdür.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Elektrik mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.