Əsas məzmuna keç
GoJob

Əmək haqqı hesablanması üzrə mütəxəssis

Azservis MMCBakıda əmək haqqı üzrə mühasib vakansiyası

Maaş: Əmək haqqı göstərilməyib

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
4 noyabr 2026
Son müraciət tarixi
4 dekabr 2026

Bakı şəhərində Mühasibatlıq və Audit üzrə vakansiyalar

Vakansiya haqqında

Azservis MMC Bakıda əmək haqqı üzrə mühasib axtarır. Tam ştat. Müraciət birbaşa işəgötürənə göndərilir.

İş şəraiti

  • İş yeri: “Azservis” MMC
  • İş yeri ünvanı: Bakı şəhəri, 24 Bakıxanov Küçəsi, Bridge plaza
  • İş qrafiki: 5 günlük iş həftəsi, saat  09:00–18:00;
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək;

Əsas vəzifə və öhdəliklər:

  • Əməkdaşların aylıq əməkhaqqının düzgün və vaxtında hesablanması;
  • Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyə və digər ödənişlərin hesablanması və ödənilməsi
  • Əməkhaqqından tutulmaların və vergi öhdəliklərinin hesablanması və ödənilməsi
  • İş vaxtının uçotunun aparılması və tabel məlumatlarının yoxlanılması;
  • Əməkhaqqı üzrə müvafiq hesabatların hazırlanması;
  • Azərbaycan Respublikasının Əmək və Vergi Məcəllələrinə, həmçinin sosial sığorta qanunvericiliyinə riayət olunması
  • Müvafiq dövlət qurumlarına təqdim edilən hesabat və məlumatların hazırlanmasında iştirak;
  • Əməkhaqqı ilə bağlı əməkdaşların müraciətlərinin cavablandırılması.
  • Vergi, DSMF və məşğulluq orqanları üçün müvafiq hesabatların hazırlanması
  • ƏMAS (Elektron Moddul və İş Orqanları Sistemi) və e-taxes kimi dövlət elektron xidmətlərindən istifadə

Namizədə tələblər:

  • Ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya müvafiq sahə üzrə);
  • Əməkhaqqı hesablanması sahəsində minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə yaxşı biliklər;
  • Əməkhaqqı, vergi və sosial sığorta hesablamaları üzrə praktiki təcrübə;
  • Vergi və digər məcburi hesabatların müstəqil hazırlanması və elektron qaydada təqdim edilməsi bacarığı;
  • 1C mühasibatlıq proqramında sərbəst işləmək bacarığı;
  • MS Excel proqramı üzrə yaxşı biliklər;
  • Məxfi məlumatlarla işləmək və iş prosesində konfidensiallığı qorumaq bacarığı

 Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar