Əsas məzmuna keç
GoJob

Əmək haqqı mühasibi

Himalay GroupBakıda əmək haqqı üzrə mühasib vakansiyası

Maaş: 1.200 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
12 oktyabr 2026
Son müraciət tarixi
11 noyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

Himalay Group Bakıda əmək haqqı üzrə mühasib axtarır. Tam ştat, maaş 1 200 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Komandamıza əmək haqqının hesablanması və uçotu üzrə diqqətli, məsuliyyətli mühasib axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Əmək haqqı, məzuniyyət haqqı, mükafat və digər ödənişlərin hesablanması;
  • İş vaxtı tabelinin yoxlanılması və hesablamaların aparılması;
  • Əmək haqqı üzrə tutulmaların hesablanması;
  • Müvafiq hesabatların hazırlanması və təqdim edilməsi;
  • Əmək haqqı sənədlərinin uçotu və məlumatların məxfiliyinin qorunması;
  • İnsan resursları və maliyyə komandaları ilə koordinasiyalı iş.

Namizədə tələblər:

  • Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə təhsil;
  • Əmək haqqının hesablanması sahəsində iş təcrübəsi;
  • Əmək və vergi qanunvericiliyinin əmək haqqına aid müddəaları üzrə biliklər;
  • MS Excel və mühasibat proqramları ilə işləmək bacarığı;
  • Dəqiqlik, məsuliyyət və son tarixlərə riayət etmək bacarığı.

İş şəraiti

  • Aylıq əmək haqqı: 1 200 AZN
  • İş yeri: Mehdiabad qəsəbəsi, Novxanı yolu
  • İş qrafiki: 6 günlük

Müraciət etmək üçün CV-nizi mövzu hissəsində “Əmək haqqı mühasibi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Himalay Group şirkətinin digər vakansiyaları

Himalay Group vakansiyaları