Əsas məzmuna keç
GoJob

Əmək haqqı üzrə mühasib

Green TechBakıda əmək haqqı üzrə mühasib vakansiyası

Maaş: 1.500 ₼-dən / ay

Yerləşmə
Bakı
İş formatı
Ofisdən
Məşğulluq növü
Tam ştat
Dərc olunub
13 oktyabr 2026
Son müraciət tarixi
12 noyabr 2026

Bakı şəhərində Maliyyə və Bank üzrə vakansiyalar

Vakansiya haqqında

Green Tech Bakıda əmək haqqı üzrə mühasib axtarır. Tam ştat, maaş 1 500 AZN. Müraciət birbaşa işəgötürənə göndərilir.

Vəzifə öhdəlikləri

  • İşçilərin əmək haqqının, avansların və digər ödənişlərin düzgün və vaxtında hesablanması;
  • Əmək haqqının hesablanması zamanı işçilərin davamiyyət, məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyət və digər məlumatlarının nəzərə alınması;
  • İşçilərin əmək haqqından tutulmaların və digər qanunvericiliklə müəyyən edilmiş ödənişlərin düzgün hesablanması;
  • Əmək haqqı üzrə vergi və sosial ödənişlərə dair məlumatların hazırlanması və müvafiq hesabatların təqdim edilməsi;
  • Əmək haqqı hesablamaları üzrə mühasibat uçotunun aparılması və müvafiq müxabirləşmələrin işlənməsi;
  • İşçilər üzrə hesablaşma vərəqələrinin hazırlanması və əmək haqqı məlumatlarının sistemdə əks etdirilməsi;
  • Məzuniyyət haqqı, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya, xəstəlik müavinəti və digər ödənişlərin hesablanması;
  • İşçilərin son haqq-hesablarının düzgün və vaxtında aparılması;
  • Əmək haqqı üzrə bank ödənişlərinin hazırlanması və ödəniş siyahılarının tərtib edilməsi;
  • 1C və digər mühasibatlıq proqramlarında əmək haqqı məlumatlarının işlənməsi;
  • Əmək haqqı üzrə məlumatların ƏMAS və digər aidiyyəti sistemlərdəki məlumatlarla uyğunluğunun yoxlanılması;
  • Əmək haqqı üzrə aylıq hesabatların, cədvəllərin və digər zəruri sənədlərin hazırlanması;
  • Əmək haqqı hesablamaları ilə bağlı işçilərin müraciətlərinin araşdırılması və müvafiq izahların verilməsi;
  • Əmək haqqı hesablamaları üzrə sənədlərin düzgün arxivləşdirilməsi və məxfilik qaydalarına riayət edilməsi;
  • Rəhbərlik tərəfindən verilən əmək haqqı və mühasibatlıq üzrə digər tapşırıqların icrası.

Namizədə tələblər

  • Təhsil: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya uyğun ixtisas üzrə ali təhsil
  • Yaş həddi: 25-35 arası namizədlər
  • İş təcrübəsi: Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
  • 1 C və MC Office proqramlarında iş təcrübəsinin olması
  • Vergi və mühasibat uçotu üzrə əsas qanunvericilik bilikləri
  • Azərbaycan dilində səlis danışıq
  • Rus dili biliyi üstünlükdür 
  • Məsulliyyətli, ünsiyyətcil və kollektivdə işləmək bacarığına malik olmalı

İş barədə məlumat

  • İş günləri: həftənin 5 günü
  • İş qrafiki: saat  08:00 – 17:00
  • İstirahət günü: şənbə və bazar
  • Əmək məcəlləsinə uyğun sənədləşmə
  • Əmək haqqı: 1500-2000 AZN
  • Nahar və servis müəssisə tərəfindən təmin olunur.
  • Ünvan: Xəzər rayonu, Binə qəsəbəsi.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Əmək haqqı üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi  xahiş olunur.

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət  olunacaqdır.

Green Tech şirkətinin digər vakansiyaları

Green Tech vakansiyaları